Mətbuatın yazarı- Rauf İlyas oglu

sosial sebeke

Allahverdiyev Rauf İlyas oglu 1959- cu ilin mart ayının 19-da Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olmuşdur. İlk məqaləsi 1975- ci ildə Ağdam rayon qəzetində ( "Lenin yolu") çap olunmuşdur. Hazırda " Həkəri" qəzetinin baş redaktoru, Gunaz.az saytının redaktoru olan Rauf İlyasoğlunun "Xatirəyə dönmüş anlar", " Dostlara dost töhfəsi", "Qara göl" (roman), "Könül duyğularım" (2 cildlik), "Dost sədaqəti", " Dünya şöhrətli alim, karikaturaçı-rəssam" (K.Kərimova həsr olunub), "Cinaslı rübailər", "Bayramsız Laçın, Laçınsız Bayram" ( şəhid haqda), " Əfsanəvi Şeyx Dədə" adlı kitabları işıq üzü görmüşdür.2019-cu ildə "Yolda qalan izlər" adlı kıtabının tərtibçisi və redaktorudur.
Yüzlərlə kitabların redaktoru, məsləhətçisi və ön söz müəllifidir :
Rauf İlyas oglunun iki şeirini sizə təqdim edirik: Bölmək olarmı?, Dağlar

Bölmək olarmı?

Torpaq itkisindən varmı ağır dərd,
Bu dərdi duymayıb ölmək olarmı?
Bir qaşıq qanından qorxub olma sərt,
Dərdimi kimsəylə bölmək olarmı?

Yadımdan çıxmayır o Cıdır düzü,
İsa bulağının harayı, sözü,
Pənahxan qalası,kül olmuş közü,
Qəlbimi dələrsə, dözmək olarmı?

Ömür karvanımı sürdüm bu yolla,
Həkəri dərdimə qovuşan qolla,
Daşnaq , ermənini qamçıla, zolla!
Torpağı satanı əzmək olarmı?

Bu səs ruhumu titrədir

Bu sazdakı qüdrətə bax,
Məni yerimdən tərpədir.
Bu sazdakı şöhrətə bax,
Yeri, göyü də titrədir.

Ağlımı aldı əlimdən,
Məni susdurdu dilimdən.
Xəbər gətirdi elimdən,
Bu səs ruhumu titrədir.

Düşdüm sazın azarına ,
İlyas dözərdi nazına.
"Ruhani" çal məzarına,
Bu səs ruhumu titrədir.

Sazda var Qorqud nəfəsi,
YUNESKO- dan gəlir səsi.
Oyandırır hər bir kəsi,
Bu səs ruhumu titrədir.

Bu səs ilahi bir səsdi,
Qoç Koroğlu coşub əsdi.
Anlamayan bil, şikəstdi,
Bu səs ruhumu titrədir.

Dilə tutub, hey tovlayır.,
Raufun qəlbin ovlayır.
Ürəkləri alovlayır,
Bu səs ruhumu titrədir,
Bu səs ruhumu titrədir.

Dağlar

Ürəyimdə məskən saldın,
Öz elimdə qalım, dağlar!
Doğma elə həsrət qaldım,
Gəl, qaranı alım,dağlar!

O kəklikli dağ, dərələr,
Qızlar gül-çiçək dərələr,
Bağlanıbdır bənd-bərələr,
Bil, qadanı alım dağlar!

Döz bu dərdli ağılara,
Baş əymə sən yağılara,
Zərbə vuraq "dığa"lara,
Gör, qadanı alım, dağlar!
Gül, qadanı alım, dağlar!

Mətbuatın  yazarı- Rauf İlyas oglu
Mətbuatın  yazarı- Rauf İlyas oglu

SON XƏBƏRLƏR