Bu gün bir sıra müəllimlər yetişdirən Sevda Pirəliyevanın 60 yaşı tamam olur.
Müəllim sənəti şərəfli, şərəfli olduğu qədərdə çətin peşədir. Kifayət qədər bu günün və sabahın müəllimlərini və Azərbaycan musiqi, mədəniyyətini dünyada tanıdan musiqiçiləri yetişdirən Sevda Paşa qızı Pirəliyeva 15 yanvar 1960-cı ildə Sumqayıt şəhərində müəllim ailəsində günyaya gəlmişdir. Onun atası Paşa müəllim Respublikada tanınan müəllimlərdən idi. O ilk təhsilini 1967-1975-ci illərdə Sumqayıt şəhər 3 saylı tam orta məktəbdə (indiki Sumqayıt şəhər Mətləb Quliyev adına məktəb) almışdır. 1975-1979-cı illərdə Sumqayıt şəhər S,Hacıbəyov adına orta ixtisas musiqi teknikomunun nəzəriyyə şöbəsində təhsil alır. Təhsil illərindən yəni 1978-ci ildən bu günə qədər Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbində nəzəriyyə şöbəsinin solfecio və musiqi ədəbiyyatı müəlliməsidir. 1978-1994-ci illərdə nəzəriyyə şöbəsinin müdiri, 1994-1997-ci illərdə dərs hissə müdiri vəzifələrində çalışmışdır. Yetişdirdiyi şagirdlər hal-hazırda ölkəmizin müxtəlif musiqi ocaqlarında müəllim kimi, musiqiçi kimi fəaliyyət göstərir. Çalışdığı Uşaq İncəsənət məktəbində dərs dediyi bir sıra şagirdlər onunla çiyin-çiyinə çalışırlar. 10 il Sumqayıt şəhər S,Hacıbəyov adına orta ixtisas musiqi teknikomunda nəzəriyyə müəlliməsi kimi çalışıb. 1981-ci ildən ailəlidir 3 övladı Məryəm, Samirə, Ramin, 6 nəvəsi var.
Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbində nəzəriyyə şöbəsinin müdiri Arzu Qurbanova bizimlə həmsöhbət oldu:
-Sevda müəllimə rəhbəri olduğum şöbənin müəlliməsidir. Bu günki nəslin müəllimləri bu müəllimədən bəhrələnir. Çox şadam ki, şöbəmizdə bu cür potesiallı müəllimlər çalışır. Sevda müəllim həm də gözəl və humanist bir insandır. Ona möhkəm can sağlığı, uzun ömür, işlərində uğurlar arzulayıram.
Məktəbin xalq çalğı alətləri şöbəsinin qarmon müəlliməsi Südabə Əliyeva bunları bildirdi:
- Sevda müəlliməylə biz həm qonşu, həm də iş yoldaşıyıq. Həm qonşu kimi həm bir iş yoldaşı kimi deyərdim ki, o kollektivimizin mənəvi anasıdır. Hamı işdə fikirlərini bir elin böyüyü kimi Sevda xanımla bölüşüb, paylaşa bilir. Bu insanda insani kefiyyətlər həddən artıq çoxdur. Həm savadlı, həm humanist, bir sözlə gözəl bir insan, dəyərli bir ailə başçısıdır. Allahdan ona uzun ömür, sevincli günlər, hər zaman sevdiklərinin əhatəsində olmağı arzulayıram.
Məktəbin fortepiano müəlliməsi Sevda Seydəliyeva Sevda müəllimə haqqında öz fikirlərini dedi:
- Sevda müəllimə haqqında fikirlərim çox genişdir. O xanım haqqında günlərlə danışa bilərəm. 25 ildi bu kollektivdə Sevda müəllimə ilə çiyin- çiyinə çalışıram. Mən işə qəbul olanda o dərs hissə müdiri idi. Tanışlığımız o vaxtdan başlayıb. Mənim müəlliməlik fəaliyyətimdə onun rolu böyükdür və deyərdim ki, mənə bu yolda hər zaman çox böyük dəstək olub. Sevda xanım o qədər bizim əlimizdən tutub, o qədər bizə yol göstərib və hər zaman çətinliklərimizin öhdəsindən gəlməyi bizlərə öyrədib. Onun insani kefiyyətlər çoxdur. Nahaqdan ona məktəbimizin mənəvi anası demirlər. O tək mənim sevimlim deyil, bütün kollektivin və deyərdim ki, böyük bir nəslin sevimlisidir. Allahdan ona can sağlığı, uzun və mənalı bir ömür arzulayıram.
Məktəbin nəzəriyyə müəlliməsi Lalə İsmayılova Sevda xanım haqqında gözəl fikirlərini söylədi:
- Sevda müəllimə mənim müəlliməm olub. Əlbətddə müəllimlərin müəllimidir Sevda müəllimə. Gözəl iş yoldaşı, mənəvi anamız, savadlı müəllimə! Bütün gözəl kefiyyətlər bu insanda çəmləşib. Mənim peşə seçimimdədə Sevda müəllimə idealım olub. Məhz bu peşəyə onun müəllimliyini sevib gəlmişəm. O həm gözəl qadın, savadlı müəllimə,dəyərli insan bir sözlə bütün gözəl kefiyyətləri özündə cəmləşdirən bir Azərbaycan xanımıdır. Ona sağlıqlı bir həyat, gözəl günlər, ailəsinin hər zaman yanında olmağı arzulayıram.
Müəllifdən: Çalışdığım kollektivin nümunəvi müəllimlərindən biri olan gözəl müəllimə, gözəl insan, gözəl ana Sevda xanım! Sizin kimi müəllimlərlə çiyin-çiyinə çalışmaq mənə hər zaman şərəf verib. Məktəbin direktoru Lətafət Müfidzadə və dərs hissə müdiri Natiq Ağayev başda olmaqla bütün müəllim kollektivi adından həmçinin xüsusi müxbir olduğum “İctimaixeber.com” informasiya portalı adından sizə can sağlığı, uzun ömür, işlərinizdə, ailənizdə uğurlar arzulayırıq.
Ad gününüz mübarək! 80-100 yaşınızı vərəqlədikcə bizlərlə olasınız.
Yeganə Telmanqızı
“İctimaixeber.com”
























