“20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunan cüdo yarışı.

sosial sebeke

Şəhidlərimiz öz qanları ilə Azərbaycanın yeni tarixini yazdılar.

İctimaixeber.com xəbər verir ki 19.01.2020-ci il tarixində Sumqayıt Olimpia İdman komleksində Sumqayıt şəhər 2 saylı uşaq-gənclər idman-şahmat məktəbinin cüdoçu şagirdləri “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunan cüdo yarışının açılış mərasimi keçirilib. Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın baş hakimi Azərbaycan Respublikasının Əməkdar məşqıçısı, Respublika dərəcəli hakim Sahib İsmayılov “İctimaxeber.com” informasiya portalını xüsusi müxbirinə yarış haqqında öz fikirlərini bildirdi:

-Sabah Azərbaycanda Ümumxalq matəm günüdür. Bu günki cüdo turnirimiz “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunub. Biz tez-tez belə yarışlar keçirməliyik ki, böyüməkdə olan nəsil şəhidlərimizi unutmasınlar. Şəhidlərimizin ruhunun qarşısında biz hər birimiz baş əyirik. Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Yarışa gəldikdə isə yarışa qatılan cüdoçu idmançılarımızın hər biri güclüdülər və inanırıq ki, burda yarışa iştirak edən idmançılar gələcəkdə dünya və Olimpia meydanlarında öz sözlərini deyəçəklər. Çünki Sumqayıt idmançıları Respubliukada eləcədə dünya arenalarında hər zaman öz sözlərini deyən idmançılar olublar. Cüdoçularımıza uğurlar arzulayıram.
Yarışa 3 yaş qrupunda olan idmançılar iştirak edirdi və hər yaş qrupununda öz çəki dərəcəsi vardı. Acıq turnirə ümumilikdə 300-ə qədər idmançı qatılıb. Turnirdə 10 hakim iştirak edirdi, yarışın baş hakimi və təşkilatçı Azərbaycan Respublikasının Əməkdar məşqıçısı, Respublika dərəcəli hakim Sahib İsmayılov idi. Sonda I-II-III yerləri tutan idmançılar Diplomla və medala mükafatlandırıldı.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

SON XƏBƏRLƏR