Şəhidlər- dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçisidr.
Xalqımız hər zaman şəhidlərimizin xatirəsini hörmət və ehtiramla anır.
İctimaixeber.com xəbər verir ki, bu gün Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidlər anıldı.
Anım mərasimində Sumqayit şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, icra hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri, şəhid ailələri eləcə də minlərlə şəhər sakini və qonaqlar iştirak edirdilər.
Şəhidlərin ruhuna dualar oxundu.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş oğul və qızlarımıza Allah rəhmət eləsin.
Yeganə Telmanqızı
“İctimaixeber.com”























