İctimaixeber.com xəbər verir ki, 19.01.2020-ci il tarixində Şuşa Dövlət Musiqili Dram Teatrında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Qanlı Yanvar” 30 İl adlı sərgi-tədbir və ədəbi-bədii kompozisiya keçirilib. Azərbaycan Rəssamlar İttifaqı, 20 Yanvar İB , Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB , “Abşeron” Gənclərin İnkişafı İB-nin dəstəyi ilə keçirilən tədbirin layihə rəhbəri və təşkilatçısı Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovalar idi.Öncə şəhid ailələri və bir qrup ziyalı Şəhidlər Xiyabanını ziyarət edib şəhidlərimizin ruhuna dualar oxudular. Tədbirdə ölkəmizdəki səfirlik nümayəndələri, şəhid ailələri, qazilər, rəssamlar, media nümayəndələri iştirak edirdilər.
İştirakçılar öncə teatrın foyesində təşkil olunmuş 20 Yanvar faciəsinə həsr olunmuş sərgi ilə tanış oldular. Tədbir Şəhidlərimizin ruhuna bir dəqiqələik sukutla başladı. Sonra tədbirdə çıxış edən qurum rəhbərləri, şəhid ailələri Vətən uğrunda canlarını fədə edən şəhidlərimizin qürur mənbəyi olduğunu və tədbirlərin yeniyetmə və gənclərimizə təbliğində əvəzsiz rol oynadığını bildirdilər. Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında ədəbi-bədii kompozisiya təqdim olundu. Sonda aktyorlar və iştirakçılar Azərbaycan Dövlət Himnini birgə ifa etdilər.
Yeganə Telmanqızı
“İctimaixeber.com”

























