Türkiyədə 3 güclü zəlzələ baş verdi

sosial sebeke

Türkiyənin Manisa vilayətində rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ baş verib.

İctimaixeber.com Anadolu agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Akhisar rayonunda yerin 7 kilometr dərinliyində yerləşib. Zəlzələ yerli vaxtla saat 22:22 radələrində qeydə alınıb. Bəzi mənbələr yeraltı təkanların 5,6 bal gücündə olduğunu qeyd edib.

Ardınca bölgədə 4,4 və 3,3 bal bal gücündə daha iki zəlzələ baş verib. Zəlzələ İstanbul, İzmir, Bursa və digər ətraf şəhərlərdə də hiss edilib. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, son bir neçə həftə ərzində Türkiyədə yüzlərlə yeraltı təkan baş verib.

SON XƏBƏRLƏR