Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlışıni 25 yanvar tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
Bu dəfə "Qanun və İcra" verlışındə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 242 – 245-ci və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 523 – 525-ci maddələrini əhatə edən “Ictimai mənəviyyat əleyhinə olan hüquqpozmalar” mövzusu təhlil ediləcəkdir. Verlişdə bu mövzunu seçməklə, aparıcı – vəkil Əkbər Yusifoğlu cəmiyyətimizə bir SOS siqnalı vermək, çağırış etmək niyyətindədir. Həqiqətən də, ətrafımızda son zamanlar daha çox artma tendensiyası müşahidə edilən xoşagəlməz hadisələr və onların azuolunmaz acı nəticələri, həm cinayət əməlləri, həm inzibati xətaların artması cəmiyətimizin hər bir üzvünü düşünməyə vadar edir.
İnsanlarımızı bu mövzuda maarifləndirmək, bədbəxt hadisələrə səbəb olan tendensiyalardan çəkindirmək və mübahisələrin hüquq müstəvisində həllini tamaşaçılarımıza çatdırmaq üçün verlişimizə qonaqlar dəvət etmişik.
1. Abusəməd Səmədov – Azərbaycan Rspublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil.
2. Gülşən Rüstəmova – Ailə psixoloqu.
3 .Şahin Məmmədov – Tanınmış hüquqşünas-ekspert.
4. Çimnaz Eyyubova – Azərbaycan Rspublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil.
5. Yeganə Telmanqızı – İctimaixeber.com informasiya portalının xüsusi müxbiri, “Qızıl Qələm” media mükafatçısı.
Yeganə Telmanqızı
“İctimaixeber.com”
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi
sosial sebeke

















