Rənglərin möcüzəsi- FOTOLAR/MÜSAHİBƏ (Video)

sosial sebeke

Günel Aslanova- Rənglərin palitrada qarışdırılması belə, rəssam üçün ilham pərisinə çevrilə bilər.

Bu günki müsahibim rəssam Günel Aslanovadır.
Müsahibimi tanıyaq:

Günel Əlimurad qızı Aslanova 24 oktyabr 1985-ci il Sumqayıt şəhərində anadan olmuşdur. 1992-ci ildə Sumqayıt şəhəri Cəlil Səfərov adına 10 nömrəli tam orta məktəbin birinci sinifinə qəbul olub. Orta məktəb illərində ən sevimli müəllimləri İlk müəllimi Kifayət xanım və sinif rəhbəri Rəsmiyyə xanım olmuşdur. Orta məktəb illərindən divar qazetlərində rəssam və məktəbin ictimai həyatında hər zaman öndə fəaliyyət göstərib. Valdeynləri balaca Günelin rəssamlıq sahəsinə böyük marağını görür və onu Xeyransa müəllimənin sinifində fərdi dərslərə qoyurlar. Günel xanım 2001-ci ildə öz arzularının arxasınca Ə.Əzimzadə adına Rəssamlıq kollecinin qrafika fakültəsinə qəbul olur. Burada o Vaqif müəllimdən rəssamlığın sirlərini daha dərindən öyrənir. 2005-ci ildə kolleci bitirir. İlk əmək fəaliyyətinə 4 il əvvəl Sumqayıt şəhər N,Gəncəvi adına kitabxana klubunun rəssamlıq dərnəyindən başlayır və bu günə qədərdə burada çalışır. Dəfələrlə əsərləri sərgilərdə sərgilənib və sərgiyə gələn qonaqların marağına səbəb olub. 2018-ci ildə Rusiya mədəniyyət mərkəzində keçirilən sərgidə “Gecə və gündüz” adlı rəsm əsərinə görə, 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərgidə vətənpərvərlik mövzusunda çəkdiyi rəsm əsərə görə, 2019-cı ildə Iran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinində natürmont janrında çəkdiyi rəsm əsərinə görə diplomla təltif olunub. 2020-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2008-ci ildən ailəlidir. 2 oqlu var: Fərid, Cavid. Xatırladaq ki, Fəridin rəssamlığa çox böyük həvəsi var. Çəkdiyi rəsmlər “Göyərçin” jurnalının dərc olunur, gələcəyin böyük rəssamı olmaq istəyir. Kiçik oğlu Cavid gözəl rəqqasdır həm də idmançıdır.

Günel xanım ən yaxşı əsərlərinizi hansı mövzuya həsr etmək istərdiz? Mövzu seçimində çətinlik çəkmirsiz...

– Yeganə xanım bizim “Rənglərin Harmonyası” adlı sinifimizin nümunəvi dərsinə xoş gəlmisiz. Siz hər zaman biz rəssamların iş fəaliyyətlərini sərgilərdə və dərs keçdiyi ocaqlarda işıqlandırırsız. Buna görə bütün rəssamlar adından sizə öz dərin təşəkkürümi bildirərəm.
Mövzu seçiminə gəldikdə ən yaxşı əsərlərimi vətənpərvərlik mövzusuna və milli dəyərlərimizə həsr edirəm. Əsasəndə milli dəyərlərimizi, novruz bayramını, Azərbaycanın tarixi abidələrini kətana çəkməyi xoşlayıram. Bunlardan Qız qalası, Atəşgah, Möminə Xatın türbəsi, şəhərimizə yarışıq verən əfsanəvi Sülh quşu, Yanardağ və s. Tarixi abidələr hər bir xalqın milli sərvətidir.

Belə deyim var ki, rəssam öz fikirlərini kətana köçürür sizdə necədir fikirlərinizi kətana çəkməyi xoşlayırsız?

- İdeya gələdisə qarşımda nə olursa olsun istəyirsən ki, tez ürəyini boşaldasan kətana ya adi vərəqə...

Günel xanım sizə nə ilham verə bilər?

- Mənə nə ilham verir deyəndə mən əsərlərimi çəkməmişdən əvvəl gözəl sənətkarımız Şövkət Ələkbərovanın, Rəşid Behbudovun mahnılarına qulaq asıram və bu mahnılarda mənə ilham verir. Ruhən bu mahnılarla qidalanıram. Musiqi mənim həyatımdır, mahnı və rəssamlığı hər zaman ön planda görürəm. Təbiət qoynunda, yaşıllıqdan, səmanın mavi çalarları mənə ilham verir və mən mənə yaxın olan mövzularda əsərləri çəkirəm. Təbiəti sevirəm.

Rəssamlığa həvəsiniz nə vaxtdan başlayıb?

- Uşaq vaxtından. Məktəbdə oxuduğum illərdə bütün fənlərə maraq göstərirdim, şeirlər yazırdım və şəkil çəkirdim. Atam rəhəmətlik, anam o zamanlar mənim bu sahədə istəyimi görərək məni fərdi bir rəssam Xeyransa xanımın yanına gətirdi. Anam Zəminə xanım mənim bu gündə dəstəyimdi. Hər zaman atam idealım olub, ailə qurmazdan əvvəl arzu edirəm ki, gələcək həyat yoldaşım atam kimi yüksək kefiyyətlərə malik olsun. Bu baxımdan bəxtim gətirib, həyat yoldaşım çox gözəl insan, qaygıkeş bir dostur. və bu sahədədə mənə ən böyük dəstək duran ömür gün yoldaşımdır.

Özünüzü hansı janrın rəssamı sayırsız bu gün?

- Qrafika, natürmont rəssamı.

Bəs sevdiyiniz rəng?

- Sevdiyim rəng narınçı, sarı, adım Güneldi və gün deyəndə qırmızı, narınçı, sarı, el- obanı isə mavi rəngdə görürəm.

Bu gün əlinə ilk fırça alan rəssama nə tövsiyyə edərdiz?

- Rəssam kimi ona deyə bilərəm ki, ilk növbədə rəngləri sevməlidir, rəssamlıq sənətini sevməlidir və mütamadə olaraq öz üzərində işləməlidir. Hansı sahəni sevə-sevə addımlayırsansa uğurda sənlə gəlir.

Günel xanım rəssamlığa aid olan ən çox hansı aksesuarı sevirsiz?

- Təbii ki, palitranı. Mən hər zaman palitraya sehirli aləm deyirəm, orada rənglər bir-birinə qarışır və gözəl rənglər alınır. Rənglərin palitrada qarışdırılması belə, rəssam üçün ilham pərisinə çevrilə bilər.

Prinsipial insansız?

-Mən prinsipial insanam, prinsipial rəssamam. Sağlam rəqabət aparmağı sevirəm. Ən böyük arzularımdan biridə xarıcı ölkələrdə əsərlərim sərgilənsin və dünya rəssamlarının əsərlərinin kataloqları siyahısına düşsün. Hər zaman da qarşıma məqsəd qoyuram və məqsədə doqru gedirəm.

Gələcək planlarınızı bizimlə bölüşərdiz.

-Gələcək planlarım istəyirəm ki, qeyri-adi əsərlərimlə fərdi sərgimi keçirəm və bu sərgi Günel Aslanzadə imzası ilə yaddaşlarda qalsın. Sərgidə mənzərə janrına, apstrakt işlərə, qarafika fakültəsini bitirdiyim üçün qrafik işlərə daha çox üstünlük verim və daha nələr, nələr… Qoy bu sirr olaraq qalsın. Birdə ən böyük planlarımdan biri tanınımış rəssamlar sırasına düşməkdir.
Rəssam Günel xanımla müsahibimə bitirdikdən sonra çalışdığı Sumqayıt şəhər N,Gəncəvi adına kitabxana klubunda fəaliyyət göstərən “Rənglərin Harmonyası” adlı sinifində nümunəvi dərsin qonağı oldum. Dərnəkdə ümumilikdə 25 şagird rəssam təhsili alır Burada rəssam şagirdlər rəssamlığın müxtəlif sahələri ilə məşğul olurlar, onlar qrafika, pesaj, abstrakt, vətənpərvəlik, natürmont, kompazisiya, kətan və akvarel üzərində, sulu və yağlı boya ilə işlər işləyirlər. Dərnəyin kifayət qədər rəsamlıq qabiliyyəti yüksək olan şagirdlər var: Sərbəst mövzuda Nəzrin Süleymanova, Fəridə Zülfüqarlı, Jalə Abdullayeva, abstrakt mövzuda Elza Mirzəyeva vətənpərvəlik mövzuda Firuzə Eynullazadə, nağıllar illüstrasiyalarında Sehranə Mütəlimova, Qulamova Rəvanə.
Günel Aslanovanın şagirdlərinin bu gün kifayət qədər uğurları var. 2019-cu ildə Xətai sənət mərkəzində 2 şagirdi I yer diplomları ilə təltif olunublar: Jalə Abdullayeva, Nurcan Hüseyinli. Iran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinində bir neçə rəssam şagirdi Fəxri Fərmanla təltif olunublar. Sonda “Rənglərin Harmonyası” adlı sinifinin yaşlı şagirdi 12 yaşlı rəssam şagirdi Nəciyeva Aydan natürmont janrında çəkdiyi rəsm əsərini və sinifin müəlliməsi Günel Aslanzadə qrafik janrında çəkdiyi rəsm əsərini bizə hədiyyə etdi.

Sizə nümunəvi dərsdən hazırladığımız video carxı təqdim edirik.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

Rənglərin möcüzəsi- FOTOLAR/MÜSAHİBƏ  (Video)
Rənglərin möcüzəsi- FOTOLAR/MÜSAHİBƏ  (Video)
Rənglərin möcüzəsi- FOTOLAR/MÜSAHİBƏ  (Video)
Rənglərin möcüzəsi- FOTOLAR/MÜSAHİBƏ  (Video)
Rənglərin möcüzəsi- FOTOLAR/MÜSAHİBƏ  (Video)
Rənglərin möcüzəsi- FOTOLAR/MÜSAHİBƏ  (Video)
Rənglərin möcüzəsi- FOTOLAR/MÜSAHİBƏ  (Video)
Rənglərin möcüzəsi- FOTOLAR/MÜSAHİBƏ  (Video)
Rənglərin möcüzəsi- FOTOLAR/MÜSAHİBƏ  (Video)
Rənglərin möcüzəsi- FOTOLAR/MÜSAHİBƏ  (Video)
Rənglərin möcüzəsi- FOTOLAR/MÜSAHİBƏ  (Video)
Rənglərin möcüzəsi- FOTOLAR/MÜSAHİBƏ  (Video)
Rənglərin möcüzəsi- FOTOLAR/MÜSAHİBƏ  (Video)
Rənglərin möcüzəsi- FOTOLAR/MÜSAHİBƏ  (Video)


SON XƏBƏRLƏR