Hər zaman seçicilərə yaxın olan namizəd Tural Zeynalov.
99 saylı Şəmkir Seçki dairəsindən namizədliyi qeydə alınmış Tural Allahverdi oğlu Zeynalov 23.01.2020-ci il tarixində Şiştəpə, İrmaşlı və Dağ daşbulaq kəndində seçicilərlə görüşlər keçirdi.
Seçicilərlə görüşdə Tural Zeynalov qeyd edib ki, seçiləcəyi təqdirdə seçiciləri ilə müntəzəm görüşlər keçirərərək, onların problemləri ilə ətraflı tanış olacaq. Təmsil etdiyi rayonun əhalisinin elektrik enerjisi, su və qazla etibarlı təminatını daima diqqət mərkəzində saxlayacaq, kəndarası yolların abadlaşdırılması, küçələrin işıqlandırılması məsələlərinin və bu qəbildən olan insfrastruktur xarakterli məsələlərin müvafiq icra nümayəndləri vasitəsi ilə həll edəcəyini vurğulayıb. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün və yaşayış üçün ehtiyac meyarlarının real bazara uyğun olması ilə bağlı təkliflərlə çıxış edəcək.
Yeganə Telmanqızı
“İctimaixeber.com”



































