Bu gün İlqar Rafiq oğlu Ağalarovun itkin düşdüyü gündür.
Şəhid Rafiq Ağalarovu sizdə tanıyın:
İlqar Rafiq oğlu Ağalarov 1974-ci il 30 avqust Sumqayıt şəhərində sadə zəhmətkeş bir ailədə anadan olmuşdur. O, Sumqayıt şəhər 45 saylı məktəbəqədər tərbiyə müəssəsində tərbiyə alır. Çox şirin və dəcəl bir uşaq idi. 1981-ci ildə Sumqayıt şəhər 25 saylı tam orta məktəbin birinci sinifinə daxil olur. Məktəb illərində olduqca fəal, davranışlı bir şagird idi. Bu illər ərzində anaya, Vətənə aid bir sıra şeirlər yazırdı. Ən çox sevdiyi idman növü futbol idi. 1991-ci ildə orta məktəbi bitirir. 1992-ci il 18 noyabrda Lənkəran rayonu Sütömurdov kəndində hərbi xidmətə başlayır. Sonra hərbi xidmətini Astara rayonunda davam etdirir. Hərbi xidməti sona çatır. Lakin Qarabağda vəziyyət pis olduğundan müddətdən artıq hərbi xidmətdə qalır. 1993-ci il noyabr ayında Xocavənd rayonuna ezam olunur.
1994-cü il yanvar ayının 26-dan 27-nə kecən gecə... Xocavənd rayonu Şişqaya deyılən ərazidə İlqar itkin düşür. O vaxtdan bu günə qədər ailənin gözü yoldadır. Nə vaxtsa İlqarın gələcəyi günü gözləyir...
Mina ana bu günə qədər hərbi xidmətdən oğlunun ona yazıb göndərdiyi məktubları saxlayır və öz müsahibəsində söylədi: -İlqar tez-tez məktub göndərirdi bizə. Məktublarda həmişə yazırdı ki, narahat olmayın hər şey yaxşıdı. Əsl kişi qeyrətli Vətən oğlu idi. Vətənini, ailəsini, yaxınlarını sevən, anaya, ailəyə bağlı bir insan idi. Böyüklə böyük, kiçiklə kiçik idi. Yanına ara-sıra gedərdik. Həmişədə deyərdi ki, komandir deyir: “Sən mənim sağ əlimsən, İlqar!” Bizdə, qızım, İlqarın gələcəyi günü hələdə gözləyirik.
İnşallah bizdə o günü arzulayırıq Mina ana, Vüqar qardaş, Arzu, Sevinc bacı İlqar qayıdıb sağ salamat gəlsin.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
“İctimaixeber.com”




















