Sumqaylt şəhər 42 saylı ikinci seçki dairəsindən Milli Məclis üzvülüyünə namizədliyi qeydə alınan Fuad Muxtarov dünən 4 və 5-ci mikrorayonda yaşayan seçiciləri ilə görüşüb.
Görüşlərin açıq havada keçirilməsinə baxmayaraq, deputatlığa namizəd Fuad Muxtarov sakinlərlə isti və mehriban dialoq qura bilib vı hər birinin arzu və problemlərini səbirlə dinləyib. 4-cü və 5-ci mikrorayon sakinlərinin ən çox məhəllə arası yolların pis olmasından və həmin məhəllələrdə yerləşən yataqxanaların komunal şəraitsiz, təmirsiz olmasından gileylənən seçicilər gələcəkdə şikayətlərinin MM-də səsləndirilməsini namizəddən xahiş etdilər.
Buna görə 9 fevral tarixində keçiriləcək növbədənkənar seçki günündə hamılıqla birlikdə ona səs verilməsinin lazım olduğunu vurğulayan Fuad Muxtarov, əgər seçilərmsə sizləri narahat edən bütün məsələləri Milli Məclisin tribunasından səsləndirıcəyini qeyd etdi.
Adının qeyd olmasını istəməyən və özünü jurnalist kimi təqdim edən bir xanımın, "Namizəd kimi sizə dövlət strukturlarından və ya ayrı-ayrı məmurlarlardan təzyiqlər və ya namizədliyinizi geri götürmək barədə təkliflər olurmu?" sualına, "Biz demokratik dövlətdə yaşayırıq və hər birimizin seçib-seçilmək hüququmuz var. Hələ ki, bu formada heç bir təzyiq və təklif olunmayıb və olunacağlna da inanmıram. Çünki belə hərəkərlər seçkilərin şəffavlığına xələl gətirər və ən azından bu da seçki pozuntusu sayılar." cavabını verdi.
Seçicilərlə mehriban atmosferdə keçən görüş, sonda çay süfrəsi arxasında başa çatdı.
Yeganə Telmanqızı
“İctimaixeber.com”






























