ABŞ ordusunun təyyarəsi vuruldu: 110 nəfər... - Şok görüntü

sosial sebeke

Əfqan Hava Yolları aviaşirkətinə aid sərnişin təyyarəsi Əfqanıstanın şərqindəki Qəzni bölgəsində qəzaya uğrayıb.

İctimaixeber.com xəbər verir ki, göyərtədə 83 nəfərin olduğu bildirilir.
Qəzni əyalətinin qubernatoru qəzanın Dix-Yak rayonunda baş verdiyini təsdiqləyib.
“Tolo Nyus” həmin ərazinin Talibanın nəzarətində olduğunu yazıb.

Əfqanıstanda qəzaya uğrayan təyyarə orduya aiddir.
Bu barədə "RİA Novosti" özəl mənbəyə istinadla məlumat yayıb.

Bazar ertəsi günü Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ hərbi hava qüvvələrinə məxsus ola bilər.
Bu barədə "Tolo Nyus" telekanalı məlumat yayıb. Təyyarənin mühərrikindəki tanınma nişanları onun ABŞ hərbi hava qüvvələrinə aid olduğunu göstərir.
Telekanalın qəza yerindən dərc etdiyi kadrlarda "Bombardier E-11" təyyarəsinin bir hissəsinin yandığı görünür. Bununla yanaşı, telekanal qeyd edir ki, videonun Qəzni əyalətindəki qəzaya aid olması rəsmən təsdiqlənməyib.

ABŞ-ın Müdafiə Nazirliyi Əfqanıstanda Taliban terror qruplaşması tərəfindən vurulan təyyarə ilə bağlı açıqlama yayıb.
Publika.az xəbər verir ki, Pentaqonun məlumatına görə, vurulan təyyarə ABŞ ordusuna məxsus olub. “Düşən təyyarə ABŞ-a məxsus kiçik hərbi təyyarə idi” – açıqlamada qeyd olunur.
Xatırladaq ki, taliblər laynerdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının və amerikalı hərbçilərin olduğunu irəli sürür.

SON XƏBƏRLƏR