Sumqaylt şəhər 42 saylı ikinci seçki dairəsindən Milli Məclis üzvülüyünə namizədliyi qeydə alınan Fuad İsa oğlu Muxtarov bu gün 45-ci məhəllə, 76-cı məhəllədə yaşayan seçiciləri ilə görüşüb.
Məhəllə sakinlərə həyətdə uşaqların asudə vaxtlarının keçirilməsi üçün heç bir şərait olmadığını, ətraf yolların, binaların üz örtüyünün bərbad olmasından şikayət edən seçicilər gələcəkdə Milli Məclisdə səsləndirilməsini namizəddən xahiş etdilər və bu məsələlərə tezliklə əncam çəkmək lazım olduğunu bildirdilər.
Fuad Muxtarov bildirdi ki, “bəli bunlar haqlı narazıçılıqdı, bu məsələlər mənim mandat platformamda yer alıb və həmçinin bunları əsas tutaraq gələcək fəaliyyətimdə hər bir yaş kateqoriyasının istək və təkliflərini nəzərə almağa, heç kimi diqqətdən kənarda qoymamağa çalışacağam.
Fuad Muxtarov həmçinin onu da bildirdi ki, “Sevindirici haldır ki, keçirdiyi bütün görüşlərdə həm orta və yaşlı nəslin, həm də gənc nəslin seçkilərə böyük maraqla yanaşdıqlarını görürəm”.
Xatırladaq ki, Fuad Muxtarov Sumqayıt şəhər 45 məhəllə, 76-cı məhəllə Üst trikotaj fabrikinin yataqxanalarının sakinləri ilə bir-bir görüşərək onların şikayət və problrmlərini, təkliflərini səbrlə dinlədi, seçicilərin suallarını müraciətlərini hər zaman diqqətdə saxlayacağını bildirdi.
Tədbirdə çıxış edən seçicilər fevralın 9-da seçki məntəqələrində ən layiqli namizəd Fuad İsa oğlu Muxtarova səs verəcəklərini bildiriblər.
Yeganə Telmanqızı
“İctimaixeber.com”


































