2 fevral “Gənclər günü”nə həsr olunmuş turnir keçirildi.
İctimaixeber.com xəbər verir ki, 1-2 fevral 2020-ci il tarixlərində Abşeron Olimpiya İdman Kompleksində “Qarabağ” kikboksinq TEAM idman klubunun açıq birinciliyi keçirildi.
Yarışın açılış mərasimi Azərbaycan Dövlət himninin səslənməsi ilə açıq elan olundu. Sonra Günay Hacıyevaya Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Respublika Dərəcəli Hakim” adı təltif olundu. Xatırladaq ki, Günay Hacıyeva kikboksinq idman növündə ilk “Respublika Dərəcəli Hakim” adı almış xanım idmançıdır.
Yarışın təşkilatçısı “Qarabağ” kikboksinq TEAM idman klubunun baş məşqiçisi Xəyyam Abışovu “İctimaixeber.com” informasiya portalının xüsusi müxbirinə yarış haqqında fikirlərini bölüşdü:
-Hazırda cənab prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz idman ölkəsi kimi tanınır. Artıq ölkəmizdə bir çox mötəbər idman oyunları keçirilir. Kadetlər, yeniyetmələr və gənclər arasında təşkil edilən bu turnirdə idmançı tələbələrin günbəgün irəliyə doğru addımlamağını görürük. Məqsədimiz böyüməkdə olan nəsli idmana cəlb etmək və onları pis əməllərdən və vərdişlərdən uzaq tutmaqdır. Biz məşqıçı müəllimlər Azərbaycan ordusuna güclü əsgər yetişdirməliyik. Yeri gəlmişkən klubumuz Azərbaycanın ən gözəl məkanı olan Qarabağın adın daşıyır və inanırıq ki, yaxın zamanlarda belə tədbirlərimizi Qarabağımızda keçirəcəyik. 2019-cı il kikboksinq ailəsi üçün uğurlu illərdən oldu. Kikboksinqçilər bir sıra möhtəşəm yarışlarda iştirak edərək Azərbaycana bir sıra medallar qazandırdılar. Yeri gəlmişkən bu günki turnirimizdə kikboksinq idman növündə ilk Respublika dərəcəli hakim adı almış yetirməm Günay Hacıyevanı təbrik edirəm. Günay xanım bu sahədə işinin peşəkarı olan bir idmançı xanımdır. İdmançılarımıza hər zaman diqqət ayıran AKF-nın prezidenti Adil Əliyevə və AKF-nın birinci vitse prezidenti Güloğlan Cabbarova yarışda zəhməti keçən hər kəsə öz dərin minnətdarlığımı bildirərəm. Turnirdə qalib olan idmançıları təbrik edirəm.
Açıq birincilikdə Sumqayıt, Bakı, Bakı ətrafı kəndlər, Abşeron, Quba bölgələri üzrə 54 çəki üzrə, 48 yaş qrupu, 21 idman klubunun 300-ə yaxın idmançısı qatılmışdır. Katedlər, yeniyetmələr və gənclər arasındsa keçirilən yarışda ümumilikdə 15 hakim iştirak edirdi. Yarışın baş hakimi Elşən İsayev, təşkilatçı “Qarabağ” kikboksinq TEAM idman klbunun baş məşqıçısı Xəyyam Abışov idi. Sonda yarışda I-II-III yerləri tutan idmançılar “Qarabağ” kikboksinq TEAM idman klubu tərəfindən Fəxri Fərman, medal ilə mükafatlandırıldı.
Bizdə “İctimaixəbər.com” informasiya portalı olaraq “Qarabağ” kikboksinq TEAM idman klubunun baş məşqiçisi Xəyyam Abışovu, kikboksinq idman növündə ilk “Respublika Dərəcəli Hakim” adı almış Günay Hacıyevanı və bütün yer qazanan idmançıları təbrik edirik və onlara bol-bol qalibiyyətlər arzulayırıq. Sizinlə hər zaman fəxr edirik əziz KİKBOKSİNQÇILƏRİMİZ!
Yeganə Telmanqızı
“İctimaixeber.com”






























