Deputatlığa namizəd Fuad Muxtarov yataqxanada yaşayan seçicilərlə görüşüb- FOTO

sosial sebeke

42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Fuad Muxtarovun seçicilərlə görüşləri davam edir.

"Təbliğat-təşviqat prosesinə əsasən Fuad İsa oğlu Muxtarov 15- ci məhəllədə yerləşən 5 saylı yataqxanada seçiçilərlə görüşdü. Əvvəlcə hal-hazırki durumu, mövcud problemler və digər önəmli məsələlərlə bağlı maraqlı fikir mübadiləsi aparıldı və seçiçilərin yaşam şəraiti ilə tanış olan namizəd onların problemlərini istək və arzularını dinlədi. Xatırladaq ki, 5 saylı yataqxanın şəraiti bərbad vəziyyətdədir. Burada infeksion xəstəlik baş alıb gedir, buda böyüməkdə olan nəslin gələcəkdə müxtəlif xəstəlikləri ilə üzləşməyinə gətirib çıxara bilər.
Yataqxanaların şəraiti ilə neçə zamandı tanış oluram, təbii buradakı şərait heçdə ürək açan deyil. Seçiləcəyim təqdirdə seçicilərim ilə müntəzəm görüşlər keçirəcəm, onların problemləri ilə ətraflı tanış olacam və həlli tapılmayan haqlı tələblərini parlamentdə irəli sürəcəm. Göstərdikləri isti münasibət üçün minnətdaram, inanıram ki, 9 fevralda layiq bildikləri namizədə səs verəcəklər!", - deyə Fuad Muxtarov bildirib.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

SON XƏBƏRLƏR