Fuad Muxtarov - Bəli mən həqiqi millət vəkili olmaq üçün bu yola çıxdım.
İctimaixeber.com xəbər verir ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Fuad Muxtarovun seçicilərlə görüşü davam edir və bu dəfəki görüş Sumqayıt şəhər “Gənclər Evi”ndə baş tutdu. Tədbir Azərbaycan Dövlət himninin səslənməsi ilə açıq elan olundu. Sonra namizədin səlahiyyətli nümayəndəsi Yeganə Hüseynova Fuad Muxtarovun həyat və iş fəaliyyəti ilə seçiciləri tanış etdi. Növbəti söz namizədə verildi. F.Muxtarov seçiciləri salamlayandan sonra seçki platforması ilə bağlı onları məlumatlandırıb:
“Seçkiqabağı bir sıra məhəllə və mikrorayonlarda seçicilərimlə görüşdüm və bundan sonra da görüşlərimi davam etdirəcəm. Bəli mən həqiqi millət vəkili olmaq üçün bu yola çıxddım. Görüşlər zamanı şahidi oldum ki, bir sıra məhlələr və mikrorayonarası yollar, eləcədə uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün həyətlərin çoxunda heç bir şərait yoxdur. Əgər seçilərəmsə bu yöndə olan problemləri icra hakimiyyəti orqanlarının səlahiyyətli olduğu infrastrukturlarında həll etməyə çalışacam. Siyasi platformamda vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, pensiya yaşının aşağı salınması, uşaq pullarının verilməsi məsələləri daxildir. İstər gənclərə, istərsə də yaşlı nəslə diqqət və qayğımı əsirgəmiyəcəm, onların istənilən problemlərinin həllinə biganə qalmayaraq, səlahiyyətim çərçivəsində həllinə çalışacam. Vətəndaşları düşündürən hər bir məsələnin həll olunması üçün əlimdən gələni əsirgəməyəcəm. Etimad göstərilib, millət vəkili seçiləcəyim təqdirdə gənclərlə, eləcədə seçicilərimlə sıx işləyəcəyəm. Dəyərli seçicilərim, dəstəyinizə böyük ehtiyacım var. Sizdən xahişim odur ki, 9 fevral hər biriniz 42 saylı Sumqayıt ikinci seçki dairəsində yerləşən 38 məntəqədə fəal olun və səs verin”, - deyə Fuad Muxtarov qeyd edib.
O, görüş zamanı sakinlərin problemlərini və müraciətlərini dinləyib və cavablandırıb. Görüş iştirakçıları F. Muxtarovun layiqli millət vəkili olacağına və hər zaman onların səsinə səs verəcəyinə inandıqlarını vurğulayıblar. Çıxış edənlər “ biz səsimizi Sizə verəcəyik Fuad müəllim” deyiblər.
Namizəd sakinlərə vaxt ayırıb onunla görüşə gəldikləri üçün dərin minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən seçicilər fevralın 9-da seçki məntəqələrində ən layiqli namizədə - Fuad Muxtarova səs verəcəklərini bildiriblər.
Yeganə Telmanqızı
“İctimaixeber.com”



























