Azərbaycanda qoyuna görə qan töküldü

sosial sebeke

Yevlax rayonunda iki qonşu arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

İctimaixeber.com xəbər verir ki, hadisə Aşağı Salamabad kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini 1994-cü il təvəllüdlü Orxan Məmmədov qoyunlarını qonşuları - 1992-ci il təvəllüdlü Araz Qarayev və 1989-cu il təvəllüdlü Elçin Hüseynovun əkin sahələrində otarıb.

Bu zaman onlar arasında dava düşüb və O.Məmmədov bıçaq ilə A.Qarayevin kürək və qarın nahiyələrinə xəsarət yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

SON XƏBƏRLƏR