Təcili yardıma müraciətlərin sayı artıb

sosial sebeke

Hava şəraitinin kəskin dəyişməsi ilə təcili yardıma müraciətlərin sayı artıb.

İctimaixeber.com bildirir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Operativ hissənin böyük həkimi Nuridə Fərzəliyevanın sözlərinə görə, normal hava şəraitində xəstələnən şəxslər ərazi üzrə poliklinikalara gedirlərsə, soyuq havada onlar təcili tibbi yardıma müraciət edirlər.
Qarlı-şaxtalı hava səbəbindən paytaxtda küçədə yıxlıb xəsarət alma ilə təcili yardıma müraciətlər də olub.

Müraciət edənlərin diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi, diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub.

Bu arada, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları qarlı-şaxtalı hava şəraitində işləməyə tam hazırdırlar.


Qeyd edək ki, gün boyu 2200-2300 çağırış olur. Bunların böyük əksəriyyəti ürək, qan-damar, təyziq və qrip xəstəlikləri ilə bağlıdır.









Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

SON XƏBƏRLƏR