VƏTƏN FƏDAİSİ

sosial sebeke

Cəbhədə gedən bütün əməliyyatlarda öndə gedən əsgərlərimizdən birincisi məhz İslam Yusifov olmuşdur.

Bu gün əslən Xocavənd rayonunun Kuropatkin kəndindən olan Sumqayıt şəhərindəki yaşayış massivlərindən biri Stansiya Sumqayıtda yaşayan Vətənimizin müstəqilliyi uğrunda çanını verən və şəhidlik zirvəsinə ucalan İslam Yusifovun ailəsinin qonağı oldum və çox isti, mehribanlıqla qarşılandım. Hər bir şəhid ailəsinə məxsus olan mədəni, sadə, zəhmətkeş bir azərbaycanlı ailəsi. Xatırladaq ki, Qarabağ döyüşlərində Xocavənd rayonu 145 şəhid verib.

VƏTƏN FƏDAİSİ


Qapıda ilk girişdə hərbi forma geyinən 6 yaşlı şəhidin adını daşıyan evin nəticəsi İslam Yusifov məni qarşıladı. Kiçik İslam qürurla dedi ki ”Yeganə xala mənim adım İslamdır, məndə əmim kimi qəhrəman olacam”.

VƏTƏN FƏDAİSİ
VƏTƏN FƏDAİSİ


Bitməyən müharibənin qəhrəmanlarından biri olan İslam Əli oğlu Yusifov 20 iyul 1970-ci ildə Xocavənd rayon Kuropatkin kəndində anadan olmuşdur.1977-ci ildə Kuropatkin kənd orta məktəbinin birinci sinifinə gedib. Məktəbdə fəallığı və vətənpərvərliyi ilə öz yaşıdlarından fərqlənirdi.1987-ci ildə Kuropatkin kənd orta məktəbini bitirir. Rusiyanın Xabarovsk şəhərində həqiqi hərbi keçir, xidmətini başa vurduqdan sonra 1990-cı ildə öz doğulduğu kəndinə qayıdaraq, Kuropatkin kənd mədəniyyət evində metodist vəzifəsində ilk əmək fəaliyyətinə başlayır. İslamın incəsənət sahəsinə uşaqlıqdan çox böyük marağı var idi, arzusu aktyor olmaq idi. O, gözəl səsə malik idi, həm də seirlər yazırdı. Bu maraq və istək İslamı 1991-ci ildə o, Sabrabad incəsənət texnikumuna gətirir çıxardır. Lakin erməni quldurlarının hər gün kəndlərinə hücum etmək xəbərini eşidib, “Vətən dardadı” deyərək məktəbi yarımçıq qoyub könüllü torpaqlarımızı müdafiə etmək üçün kəndə gəlir və əvvəl Kuropatkin kənd özünümüdafiə dəstəsində, sonra isə 4 may 1993-ci il tarixindən N saylı hərbi hissədə kəşfiyyat qrupunda erməni quldurlarına qarşı döyüşmüşdür. İslam əsasən Əmrallar, Muğanlı və Kuropatkin istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Dəfələrlə qanlı döyüşlərdə iştirak etdi və torpaqlarımızın erməni quldurlarından təmizlənməsi üçün var gücü ilə döyüşdü. O, həm də yaxşı idmançı idi elə,ona görə də həmişə bütün əməliyyatlarda öndə gedər və düşmənə aman vermirdi. Dəfələrlə qanlı döyüşlərdə iştirak edən əsgərlərimizdən birincisi məhz İslam olmuşdur.
2 fevral 1994-cü il... Hərbi xidməti borcunu yerinə yetirərkən,erməni quldurlarının snayperlə atdığı güllə İslamı şəhidlik zirvəsinə ucaltdı.
Subay idi. Hal-hazırda 4 qardaşı var. Ağcabədi rayonunun Şəhidlər Xiyabanında dəfn olunmuşdur.


VƏTƏN FƏDAİSİ
VƏTƏN FƏDAİSİ


Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal etdikdən sonra Yusifovlar ailəsi Ağdamın Ətyeməzli kəndinə gəlir və bir müddət burada yaşayır. 1993-cü il iyulun 4-də erməni qüvvələri Ağdamı işgal etdikdən sonra ailə Ağcabədi rayon Aşağı Avşar kəndinə köçür. Bir müdətdə burda yaşadıqdan sonra Sumqayıt şəhərinə köçürlər. Hal-hazırda Sumqayıt şəhəri Stansiya Sumqayıt yaşayış massivində məskunlaşıblar.
Bu evdə hamının hiss edəcəyi bir istilik, bir doğmalıq bir də sonu görünməyən bir həsrət var. Divardakı, albomdakı şəkillər, kitablar, yazdığı dəftərçələrdə ki xatirələr, şeirlər ondan və onun yoxluğundan danışır. Bəli şəhidlər ölmür, hər zaman şücayəti və qəhrəmanlığı ilə yaddaşlarda qalır.


Qəhrəmanları yetişdirən məğrur analardı, İslamın anası 76 yaşlı Qənirə ana kövrələrək oğlu haqqında bizə bunları danışdı:

- Qızım bu zirvəyə qalxmaq hər insana nəsib olmur, İslamımla fəxr edirəm. O texnikoma qəbul olanda müharibə gedirdi, bibisi oğlu və qardaşı Ehtiramı yolladım İslama bir baş çəksin görüm necədir? gedib texnikomda tapmayıblar onu yalandan gəlib mənə dedi ki, “yaxşıdı imtahan verir” məndə inandım. Demək İslam gəlib cəbhədə vuruşur, mənimdə xəbərim yoxdur, bunlar məndən xəbərsiz bir-bir döyüş hissələrini axtarırlar ki, hansı döyüş bölgəsində vuruşur. Bir gün bir maşın həyətə gəldi və maşının içərisindən İslam düşdü əynindədə döyüş forması. Yadımdadir dedim ki, bu nə paltardı geymisən? O da cavabında dedi ki, “Ana onu geyənlər məndən artıq oğlanlar deyıl ki. Ölən oğlanlardan mən artıq deyiləm, onlarında analarından sən artıq deyilsən, nə yazılıb onuda görəcəyik”...O yaralananda onu Ağcabədi xəstaxanasına çatdırırlar son sözü Kəlmeyi-şəhadətnaməsi oldu.
VƏTƏN FƏDAİSİ


Dayısı Tahir müəllimin İslamla bağlı xatərələri:

Vətən vətən olur torpaqlarıyla,

İnsan insan olur xeyir-şəriylə.

Vətən torpaqlarının cəsədləriylə,

Qocaqlıq toxumu səpdi şəhidlər.

- İslam ailənin kiçik oğlu idi, amma ailədə hər zaman sevimli bir övladıydı. Kiçiklə kiçik, böyüklə böyük idi. Hamıyada ağıllı məsləhətlər verirdi, adama elə gəlirdi ki bu səndən böyükdür. İslamın qardaşları 1991-92-ci illərdə Xocavənd rayon Kuropatkin kəndinin müdafiəsində iştirak ediblər. Vətənimizin qorunmasında 5 qardaşın hər birinin əməyi var. Ailənin kiçik oğlu İslam könüllü çəbhədə vuraşaraq şəhidlik zirvəsinə uçalıb. İslamın adıyla tək ailəsi fəxr etmir. Kəndçiləri, həmyerliləri, onu tanıyanlar, bütün bir Azərbaycan fəxr edir bu oğulla. Şəhidlərin hər biri bizim fəxr yerimiz, qan tariximizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İslam 24 il yaşasada onunla bağlı xatirələrimiz çoxdur. İslam komik aktyorumuz Arif Quliliyevdən, Haçıbaba Bağırovdan, Bəşir Səfəroğludan bəhrələnərək bu sahəni seçmişdir. O, tələbəlik illərində Sabirabad rayonunda bir evdə kirayə qalırdı. Şəhid olduqdan sonra onun yaşadığı evə getdik, evin sahibəsi onun əşyalarını vermədi bizə və dedi ki, “o mənim oğlumdur, ona məxsus olan hər seyi xatirə olaraq saxlayacam”... Bu hamısı onun hörmətindən irəli gəlirdi. Bir gün çalışdığım məktəbın zalına bir sıra aktyorlar gəlmişdir, səhnədə seirlər dedilər, mahnılar oxudular, səhnəciklər göstərdiər. Hamı dağılandan sonra mən bu aktyor dəstəsi ilə söhbət etdim və soruşdum ki, hardan gəlimisiz? - Sabrabad incəsənət texnikumundan
Sözün düzü bir anlıq tutuldum. Bir xanım var idi o bunu hiss etdi və dedi:
- Müəllim niyə fikirə getdiz?
İslam adlı bir tələbə var idi tanıyırdız onu? Sözün düzü onların hər biri kövrəldilər, çox pis oldular. İslam haqqındqa yaxşı fikirlər söylədilər və onun necə bir hörmətli tələbə olduğunu dedilər. El məçlislərinin yaraşığı idi. İslam toya gələndə toy şənlənirdi. Allah ona hər sey vermişdi. Ağıl, tərbiyə, istedad, əxlaq, vətənpərvərlik, ailəni, valdeyinlərini sevmək və onlara hörmətlə yanaşmaq.


İlham Yusifov İslam ilə hər zaman fəxr edir:

- Yeganə xanım qardaş itkisi çox çətin bir itkidir, biz qardaşlar, ailələrimiz elə bir gün yoxdur İslamı xatırlamayaq. Atamız onun yoxluğuna dözə bilmədi, tez dünyasını dəyişdi.
İslam tay-tuşlarından hər bir cəhətdən seçirildi. Vətəninə, ailəsinə bağlı bir övlad, gözəl bir qardaş idi. Onunla bağlı xatirələrimiz çoxdur. Ölüm hər zaman, hamı üçün var. Amma bu cür şəhidlik zirvəsinə qəhrəmancasına qalxaraq ucalmaq hər kəsə nəsib olmur. İslam bütün yaddaşlarda, həttda nəsillərin yaddaşında qalacaq. Gələcək övladlarımız hər zaman İslamı, Fəridi, Mübarizi, Raqubu, Zülfüqarı, Hafizi xatırlayacaqlar. İslamın Vətəninə, yurduna sevgisi əlinə silah alıb xalqını, elini qorumağa gətirib çixarır. O sevginin içərisindədə yaralı torpaqların, şəhid ruhların intiqamı vardı. İslam bunu qəhrəmanlığı ilə bir daha sübut etdi.

VƏTƏN FƏDAİSİ


İslamın hər bir əşyası, şəhid forması hələdə bu evdə qoruna-qoruna saxlanılır.

VƏTƏN FƏDAİSİ
VƏTƏN FƏDAİSİ


İslam Yusifov bizdən və döyüş yoldaşlarından cismən ayrıldı və şəhidlik zirvəsinə ucaldı. Allah rəhmət eləsin. Məkanın cənnət olsun, nur içində yatasan şəhid qardaşım!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“İctimaixeber.com”

VƏTƏN FƏDAİSİ
VƏTƏN FƏDAİSİ
VƏTƏN FƏDAİSİ

VƏTƏN FƏDAİSİ

SON XƏBƏRLƏR