Sumqayıtda ölüm hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassı küçəsində, Sumqayıt Dəmiryolu vağzalının qarşısında qeydə alınıb. Şəhər sakini, 1959-cu il təvəllüdlü Dağbəyi Cəfərov qəfildən yıxılaraq ölüb. İlkin ehtimala görə, o, ürəktutmasından dünyasını dəyişib. Ölümün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.
Sumqayıt Dəmiryolu vağzalının qarşısında ölüm hadisəsi baş verib
sosial sebeke

















