50 günlük ailə həyatı

Rübabə Qarayeva- hər zaman onun varlığına inandım və övladımıda ata sevgisi ilə böyütdüm.

Biz hər zaman şəhid ailələrinin yanındayıq və bu ailələr bizim qürur yerimizdir, doğma və əzizdir. Bu gün Azərbaycanın torpaqlarını sevərək onun uğrunda ən uca zirvəyə yüksələn bir Vətən oğlunun Qabil Qarayevin ailləsinin qonağı oldum.

50 günlük ailə həyatı
50 günlük ailə həyatı

Bir zirvə var boylandıqca görülməyən, onun başında cəsarət, mərdlik durur. Bu zirvə ŞƏHİDLİK zirvəsidir.
Azərbaycan ordusunun şəhidi Habil Əliheydər oğlu Qarayev 1 yanvar 1972-ci ildə Qobustan rayonunun Sündü kəndində dünyaya gəlmişdir. 1979-1989-cu illərdə indi onun adını daşıyan Sündü kənd doqquz illik orta məktədə təhsil almışdır. Onun gözəl səsi var idi. Tədbirlərdə tez-tez kənd mədəniyyət evində çıxışlar edirdi. Xalq mahnılarını, muğamlarını özünəməxsus oxuyurmuş, asudə vaxtlarında teatr və konsertlərə gedər burda olan çıxışları diqqətlə izləyirdi. Habil 1989-cı ilin yayında Bakı şəhəri B.Sərdarov adına Maşınqayırma zavodunda tornaçı peşəsində ilk əmək fəaliyyətinə başlayır. 1992-ci ildə Rübabə adlı xanımla ailə qurur, 1 ay 15 gündən sonra həqiqi hərbi xidmətə çağrılır və könüllü döyüş bölgəsinə getməyi xahiş edir. Bir müddət Bakıda təlim keçdikdən sonra Habil Qarayev Ağdam rayonuna göndərilir. O Ağdamın Quzanlı, Şahbulaq və bir sıra kəndlərində döyüş yolu keçmişdir. Habil torpaqlarımızı yağı düşməndən təmizlənməsi üçün əlindən gələni əsirgəməmişdir, dəfələrlə o düşmənə sarsıdıcı zərbələr endirilməsində fəqrlənən döyüşçülərdən idi.
21 iyun 1993-cü il...21 yaşlı Habil...Ağdam rayonu Şahbulaq kəndi uğrunda gedən şiddətli, qanlı döyüşlərdə vuruşur və yaralanır, can verəndə torpağı o qədər qaşıyır ki, barmaqları qırılır və güllə yarasındanda da şəhidlik zirvəsinə ucalır. 9 iyun Habilin oğlu Qabil dünyaya gəlir, lakin ona 21 iyunda xəbər çatır ki, gözün aydın oğlun olub. Həmən günü o da döyüş meydanına gedir və şəhid olur. Ailəli idi. Qabil adında oğlu, Vüqar adlı nəvəsi var. Qobustan rayonunun Sündi kəndində dəfn olunub.


50 günlük ailə həyatı
50 günlük ailə həyatı
50 günlük ailə həyatı

Oxuduğu məktəbə şəhidin adı verilmişdir, məktəbin qarşısında onun büstü qoyulmuşdur. Bu məktəbdə təhsil alan hər bir şagird hər gün onu yad edir və onun keçdiyi 21 illik həyat yolunu özünə örnək sayır.

50 günlük ailə həyatı
50 günlük ailə həyatı


Rübabə Qarayeva ömür gün yoldaşı Habil haqqında bizə danışdı:

- Yeganə xanım çox heyf ki, onsuz bir ömür yaşadım, Habil cəmi 1 ay 15 gün ömür gün yoldaşım oldu. Gözəl həyat yoldaşı , sadiq bir dost və eyni zamanda əmim oğlu idi. Amma heç zaman onun yoxluğunu qəbul etmədim. Bu günə qədər elə bilirəm ki, döyüşdədi və nə vaxtsa gələcək. 2 aya yaxın bir ailə həyatı sürsəkdə hər zaman onun varlığına inandım və övladımıda ata sevgisi ilə böyütdüm. Oğlum ilk gəlməsində “ATA” dedi. Habillə son görüşümüz novruz bayramında oldu. O, ezamiyyətə gəlmişdir kəndə və bir həftədə qaldı. Övlad gözlədiyimi bildi və axır sözləridə bu oldu:
-Müharibədi ölsəm neyləyərsən?
- Məndə özümü öldürərəm, sənsiz neyləyirəm bu həyatı. – Yox Rübabə övladımız üçün yaşamalısan sən... Habil oğlumuzun dünyaya gəlməsi xəbərindən çox sevinirmiş amma onun üzünü görə bilmədi. Sevdiyi Vüqar adını nəvəmizə qoydum. 27 ildi onun varlığı yoxdur, amma hər zaman onun varlığını ailəmdə və yanımda hiss etdim.
Habil vətənə bağlı bir oğlan idi və vətən üçün doğulmuşdur, buna görədə Ulu yaradan onu ən uca bir zirvəyə layiq gördü. Onun ən böyük isdəyi o idi ki, onun haqqında bütöv bir Azərbaycan danışsın, hamı ondan yazsın, və deyirdi: “Mənə qəhrəman adı verilsin, haqqımda kitablarda məqalələr dərc olunsun şəkillərim hər yerdə paylasılsın”.


50 günlük ailə həyatı


Oğlu Qabil üzünü görmədiyi atası ilə fəxr edir və onun haqqında olan xatirələrindən bunları bildirdi:

- Vətən sağ olsun! Bu gündə Ali baş komandan əmr etsə mən atamın uğrunda canını fəda etdiyi torpaqlarımızın azad olunmasında vuruşmağa hazıram. Atam Habillə fəxr edirəm. O, vətən uğrunda, torpaq uğrunda, xalqı, dövləti uğrunda vuruşub ən uca zirvəyə yüksəlib. Bu gün atamın bizə xatırladan yalnız şəkilləridir. Mən atamın gözəl insan, gözəl övlad, gözəl ailə başçısı, Vətənini, dövlətini sevərək torpaqlarımız uğrunda gedən qanlı müharibədə şəhidlik zirvəsinə uçalmağı ilə fəxr edərək uşaqlıq illərimdə tez böyüdüm. Atamı tanıyanlardan atam haqqında xatirələri, onun keçdiyi döyüş yolundan danışdıqca hər zaman ona oxşamaq istədim. Hər addımımda atamın adına və anama layiq övlad olmağa çalışıram. Mən şəhid oğluyam, qəhrəman atamlada fəxr edirəm!

50 günlük ailə həyatı


Cismi torpaqda ruhu göylərdə və cənətddə olan qardaşım Habil. Tezliklə torpaqlarımız geri qaytarılacaq, sənin və sənin simanda minlərlə şəhid ruhlar sevinəcək...
21 iyunda şəhidlik zirvəsinə ucalan 21 yaşlı Habil Qarayev kimi şəhidlərin həyat yolu böyüməkdə olan nəsil uçun bir örnəkdi. Vətənimizin müdafiəsi uğrunda şəhid olmaq hər birimiz üçün şərəfdir. Bu yolla şəhidlik zirvəsinə ucalanları unutmayaq.
Nur içində yatasan şəhid qardaşım!


Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“İctimaixeber.com”