Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib

Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağı inşa olunub.

İctimaixeber.com bildirir ki, yeni zolaq hava limanının tam fasiləsiz fəaliyyət göstərməsinə, ən əsası isə geniştutumlu istənilən hava gəmilərinin qəbuluna imkan verəcək.
Bu gün test-sınaq məqsədilə zolağa ilk hava gəmisi endirilib.