GƏLƏCƏYƏ ÜMİDLƏ

25 fevral 2020-ci il tarixində İXTV-yayım kanalının təşkilatçılığı ilə fiziki məhdudiyyətli uşaqlar üçün xeyriyyə tədbiri keçiriləcək.

Əziz bakılılar və şəhərimizin qonaqları!
Sizi İXTV-yayım kanalının təşkilatçılığı ilə 25 fevral 2020-ci il tarixində saat 14:00-dan- 19:00-a qədər 8-ci kilometr qəsəbəsi Çobanzadə küçəsi 54-də yerləşən “OSKAR” restoranında fiziki məhdudiyyətli uşaqlar üçün təşkil olunmuş “GƏLƏCƏYƏ ÜMİDLƏ” Xeyriyyə tədbirində iştirak etməyə dəvət edirik.
Tədbirdə tanınmış müğənnilər və ifaçılar: Əlikram Bayramov, Firuzə İbadova, Əbdül Xalid, Aygün Ağayeva, Rəşad Abbasov, Elxan Qaraxanoğlu, Arif Səlimov, Vüqar Ulusoy, Nurlan Nemətoğlu və digərləri iştirak edəcəklər.
Təşkilatı dəstək İctimaixeber.com və İXTV onlain kanalın təşkilatçısı və baş redaktoru Zamid Namiqoğlu və Gülnar Bədəlovadır. Xeyriyyəçi “Qardaşlar” qrupu, MM Əmlak xidmətləri MMC.
İnformasiya dəstəyi “İctimaixeber Agentliyi və, “Ata Tv az”, “AtaMedia.az”, İxa Tv .az, Xəbəraz.az, XeberEkspress.AZ, Şəbəkə Tv, RTV AZƏRBAYCAN.


Tədbirə hər kəs dəvətlidir.

Yeganə Telmanqızı
“İctimaixeber.com”