Qəhrəman oğullarımızla fəxr edirik.

Bu gün Qarabağ qazisi Elnur Ələkbərovun doğum günüdür.

Qarabağ qazisi Elnur Şakir oğlu Ələkbərov 1997-ci il 26 fevral Bakı şəhərində sadə, zəhmətkeş bir ailədə anadan olmuşdur. 2003-2014-ci illərdə Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 saylı tam orta məktəbdə təhsil alır. 2016-cı ildə həqiqi hərbi xidmətə çağrılır. Tovuz rayonunun Əsirrik kəndində N saylı hərbi hissədə xidmətə başlayır. 2017-ci il mart ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq döyüş tapşırını yerinə yetirərkən minaya düşür və bir ayağını itirir. 2-ci qrup əlildir.

Qazi Elnur Ələkbərov müsahibəsində dedi:

-Şəhidliyini fikirləşməsən qazi olmazsan. Hər şeydən fərqli olaraq mən torpaqlarımızın qorunmasında, ərazi bütövlüyümüz uğrunda xidməti tapşırığımı yerinə yetirərkən ayağımı itirmişəm. Bununlada qürur duyuram. Mən xalqımı, dövlətimi,Vətənimi sevirəm!

Elnurun anası Elnarə Ayvazova oğlu ilə fəxr edir:

-Yeganə xanım bu gün mən bir azərbaycanlı qadını kimi böyüdüb boya-başa çatdırdığım oğlumla fəxr edirəm. Allah hamıya mənim oğlum kimi Vətənini, xalqını, dövlətini sevən oğul qismət etsin. Vətənin hər bir igid oğlu ilə fəxr edir və deyir ki, Vətənimiz, xalqımız, torpaqlarımız uğrunda şəhidlik zirvəsinə uçalan şəhidlərin xatirəsi bizim üçün həmişə əzizdir. “İctimaixeber.com” informasiya portalı rəhbəri Zamid Namiqoğlunun adından və şəxsən öz adımdan qazimiz Elnur Ələkbərova Allahdan möhkəm can sağlığı, uzun ömür, işlərində uğurlar arzulayırıq.

Ad gününün mübarək Vətənimin dəyərli oğlu!

Yeganə Telmanqızı
“İctimaixeber.com”