Koronavirusdan qorunmağın yolları - Hamı bunları etsin!

İlk dəfə Çində aşkar edən yeni növ koronavirus (COVID-19) dünyanın əksər ölkələrində yayılmaqdadır. Azərbaycanla qonşu ölkələrdə bu virusa yoluxanların sayının artması insanlar arasında təşvişə səbəb olur.

İndi hamını maraqlandıran bir məqam var: Koronavirusdan necə qorunmaq lazımdır?

İctimaixeber.com koronavirusdan qorunmaq üçün hər kəsin bilməli olduğu vacib məlumatları təqdim edir:

1. İnfeksiya riskini azaltmaq üçün əllərinizi sabun və su ilə yuyun. Özünüzü infeksiyadan qorumaq üçün mümkün qədər tez-tez əllərinizi sabunla yumağa çalışın. Sabunu əllərinizin dərisinə 20-30 saniyə sürtün, sonra əllərinizi isti su ilə yaxşıca yuyun.

2. Gözlərə, burun və ya ağzınıza çirkli əllərlə toxunmayın.

3. Öskürən və ya asqıran insanlardan uzaq durun.

4. Səthləri gündəlik dezinfeksiya edin. Koronavirus qapı tutacaqları, dəzgahlar və kranlar da daxil olmaqla müxtəlif səthlərdə bir müddət qala bilər.

5. İctimai yerlərdə olduğunuz zaman birdəfəlik tibbi maska taxın.

6. Panikaya düşməyin və narahat olmayın.