Sumqayıt Muğam Mərkəzinə direktor təyin olundu

Aytən Məhərrəmova Sumqayıt Muğam Mərkəzinə direktor təyin olundu

İctimaixeber.com bildirir ki, Beynəlxalq muğam müsabiqəsinin qalibinə Sumqayıtda vəzifə verilib. Məşhur xanəndə Respublika və Beynəlxalq muğam müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Opera və Balet teatrının solisti Xanəndə Aytən Məhərrəmova Sumqayıt Muğam Mərkəzinin direktoru təyin edilib. Aytən Məhərrəmova 2001-ci ildə Respublika Muğam 2015-ci ildə Beynəlxalq muğam müsabiqəsinin qalibi olub.
Qeyd edək ki, 33 yaşlı xanəndə Azərbaycan Milli Konservatoriyasında təhsil alıb. 2018-ci ilin dekabrından Sumqayıt Musiqi Kollecində fəaliyyət göstərib. Ustadı Azərbaycanın Xalq artisti Mənsum İbrahimovdur.