Səbail rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər ağır kəllə-beyin travması alıb.
İctimaixeber.com xəbər verir ki, hadisə Abbasqulu Abbaszadə küçəsində qeydə alınıb.
Belə ki, həmin küçədə işıqforun qırmızı işığından keçən motosikletin sürücüsü nəqliyyat vasitəsini "Mercedes" markalı avtomobilə çırpıb. Motosikletin sürücüsü ağır xəsarət alıb. Yaralı ağır kəllə-beyin travması diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Bakıda motosiklet avtomobilə çırpılıb, xəsarət alan var
sosial sebeke

















