Qızıl qələmçi “İlin Jurnalisti” seçildi

Yeganə Telmanqızı- Ən güclü silahlardan biridə sözdü, heç zaman əmin olmadığım yolu addımlamaram.

Sayıtımızın xüsusi müxbiri Yeganə Telmanqızı İlin Jurnalisti adlna layiq görüldü. 2006-cı ildən Sumqayıt şəhərində fəaliyyət göstərən Dünya Müstəqil Teleradio şirkətindən fəaliyyətə başlayan Yeganə xanım 2 ilə yaxın “Dünya uşaqlarındır” verlişinin aparıcısı, sonra Xəbərlər departamentində bölgə müxbir kimi çalışır. 2015-2016-cı illərdə “Müstəqil Lider” jurnalının müxbiri vəzifəsində çalışıb. Müxtəlif illərdə Azərbaycanda fəaliyyət göstərən informasiya portallarının bölgə üzrə müxbiri, baş redaktoru və baş direktoru kimi fəaliyyətini davam etdirib. 2019- cı ildən “İctimaixeber.com” informasiya portalında xüsusi müxbir vəzifəsində çalışır. “Tarın səsi”, “Zirvəyə doğru” kitablarında onun haqqında matreallar dərc olunmuşdur. Mütamadə olaraq televiziya verlişlərində qonaq qismində çıxışlar edir, Dünya TV-də canlı yayımlanan “Qanun və İcra” verlişinin ekspertidi.
Dəfələrlə Beynəlxalq mükafatlarla, Fəxri fərmanlarla, Fəxri diplomlarla, Təşəkkürnamələrlə də təltif olunub. 2019-cı ildin dekabr ayında “İlin Trend İdmançı Müxbiri” adına layiq görülmüşdür. Azərbaycan Rəssamlar İttifaqının muxbir üzvüdür. Mütamadə olaraq Rəssamlar İttifaqının bütün tədbirlərini işıqlandırır bu iş fəaliyyətinə görə 2019-cı ildə il ərzində fərqlənmiş media işçisi kimi “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən xüsusi diplom və “Uğurlarımızla 2020-yə”mükafatı, 2020-ci ildə AKİVİHİRH-nin qərarı ilə “Qızıl Qələm” Media mükafatı laureatına layiq görülmüşdür. Dünən Pullman Baku Hotel-də, DES Media tərəfindən ölkəmizdə keçirilən "Gold Faces of Turkey" mükafatlandırma mərasimində “İlin Jurnalisti” nominasiyasında mükafata layiq görüldü.
Yeganə xanımın fərqli mövzuda özəl yazıları var: Şəhidlər, işgal olunmuş torpaqlarımız, Azərbaycanın müxtəlif bölgələrindən bəhs edən, köşə, səhiyyə, mədəniyyət, təhsil və incəsənət, təhsil və s. mövzular. İdman və idmançıların dünya, Avropa yarışlarını daima işıqlandırır. Respublikamızda keçirilən mötəbər idman yarışlarında media qismində iştirak edir və yüksək səviyyədə işıqlanmasını həyata keçirən idmançı müxbirdi. Vətənini, xalqını, dövlətini sevir, milli atributlarımızla və Azərbaycanlı olmağı ilə fəxr edir. Xatırladaq ki, Yeganə Telmanqızı illərdi pedoqoji fəaliyyət göstərir. Hal-hazırda Sumqayıt şəhər 2 saylı Bülbül adına uşaq incənət məktəbində solfecio və musiqi ədəbiyyatı fənlərindən dərs deyir. Nurlan adlı bir övladı var.

Yeganə xanım “İctimaixeber.com” informasiya portalının rəhbəri Zamid Namiqoğlu başda olmaqla bütün kollektivimiz adından sizi yeni ad və mükafat almaq münasibəti ilə ürəkdən təbrik edirik. Sizə möhkəm can sağlığı, işlərinizdə və iş fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Gülnar Bədəlova
“İctimaixeber.com”

Qızıl qələmçi  “İlin Jurnalisti” seçildi
Qızıl qələmçi  “İlin Jurnalisti” seçildi