01.03.2020-ci il tarixində Sumqayıt şəhər Paralimpia İdman kompleksində “Fərid” İdman klubu 5 mart Bədən Tərbiyəsi gününə həsr olunmuş turnir keçirtdi.
Cüdo güləşi üzrə yeniyetmələr arasında keçirilən açıq birincilik Azərbaycan Dövlət himninin səslənməsi ilə açıq elan olundu. Sonra yarışda və iş fəaliyyətində fərqlənən hakimlər Fəxri fərmanla təltif olundular. Təltif olunan sırasında “İctimaixeber.com” informasiya portalının xüsusi müxbiri və İlin idmançı müxbiri Yeganə Telmanqızıda var idi.
Turnirdə 2 yaş qrupunda 2005-2006; 2007-2009 olmaqla 2 yaş qrupunda, 22 çəki dərəcəsində, 12 idman klubu, idman cəmiyyətləri Sumqayıt, Bakı, Abşeron, Qobustan, Şamaxı, Siyəzən, qonaq qismində Qazaxıstanın Ottava şəhərindən 17 idmançı olmaqla ümumilikdə 312 idmançı iştirak edirdi. Xatırladaq ki, yarışın baş hakimi Azərbaycan Respublikasının Əməkdar məşqıçısı Famil İsmayılov, baş katib Rüfət Mikayılov idi. “Fərid” İdman klubunun direktoru Emin Baydullayevdir.
Ümumilikdə yarışı 11 hakim idarə edirdi. Respublika dərəcəli hakimlər: Fərhad Misirov, Nuranə Muradova, Sahib İsmayılov, Ceyhun Əliyev, Əfsanə Rəsulova. Milli dərəcəli hakimlərdən: İdris Qasımov, Xudabaxış Əliyev, Vüsal Qurbanov.
Yarışın fəxri qonağı sambo üzrə Avropa çempionu, Dünya çempionu, 2 dəfə Dünya ikincisi, 3 dəfə Dünya üçünçüsü, Beynəlxalq dərəcəli idman ustası Elşən Poladov idi.
“Fərid” İdman klubunun direktoru Emin Baydullayev “İctimaixeber.com” informasiya portalını xüsusi müxbirinə yarış haqqında öz fikirlərini bildirdi:
– Yeganə xanım belə yarışların keçirilməsi böyüməkdə olan nəslin təlim-tərbiyəsinə müsbət təsir edir. Klubun direktoru kimi deyə bilərəm ki, əsas amalımız odur ki, belə yarışları tez-tez keçirək. Bu yarışlar böyüməkdə olan idmançıları çempionlığa aparır. Biz bu gün böyük iftixar hissi keçiririk ki, Azərbaycan bir müstəqil dövlət kimi, dünya birliyinin bərabərhüquqlu üzvü kimi Olimpiya Oyunlarında iştirak edir və ölkəmizin müstəqilliyini, azadlığını, suverenliyini bir daha nümayiş etdirir. Azərbaycan idmançısı hər zaman Azərbaycanın milli bayrağını qaldıraraq, milli himnimizi səsləndirsin.
1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin cüdo üzrə baş məşqıçısı İlqar Niftəliyev yarış haqqında fikirlərini bizlə bölüşdü:
- Açıq turnir 5 mart Bədən Tərbiyəsi gününə həsr olunub. Bu günki yarışın təşkilatçısı kimi bunları deyə bilərəm ki, yarışın məqsədi Respublika və şəhər birinciliklərində iştirak edəcək klubun yığma komandasının konkretləşdirilməsidir və ən əsasıda “Fərid” idman klubunu daha da inkişaf etdirmək. Gələcək yarışlarda bu klubunun yığma komandasını təyin etməkdir və idmançı şagirdlər arasında dostluq yaratmaqdır. Bu gün böyüməkdə olan nəslin fiziki tərbiyəsi çox yüksək səviyyədədir. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda idman daha çox inkişaf mərhələsinə qalxdı onun davamçısı olaraq Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev idmaçılara qayğı göstərir. Belə yarışların tez-tez keçirilməsi çox vacibdir. İdmançı məşq zamanı öyrəndikləri fəndləri tatamidə tətbiq edir həm də özü peşəkar idmançı kimi inkişaf edir.
Yarış Beynəlxalq Cüdo Fedarasiyasının mövcud qaydalarına uyğun keçirildi. Sonda I-II-III yerləri tutan idmançılar diplom və medala mükafatlandırıldı.
Bizdə “İctimaixəbər.com” informasiya portalı olaraq “Fərid” İdman klubunun direktoru Emin Baydullayev başda olmaqla Sumqayıt cüdocularına və onları dünyaya tanıdan məşqıçı müəllimlərə bol-bol qalibiyyətlər arzulayırıq. Dünya, Avropa və Olimpia çemponatlarında həmişə uğurlar qazanasız. Azərbaycanın qürurlu bayrağını dalğalandırıb himnin səsləndirərək və daima yüksəklərdə olasınız.
Yeganə Telmanqızı
“İctimaixeber.com”
































