QADIN DÜNYASI- FOTOLAR

“Qadın dünyası” adlı sərgi, multikultural seminar

İctimaixeber.com xəbər verir ki, 2020-ci il Martın 6-da MVQSYİB , AVMVİB rəhbərləri və üzvləri , ARİ-nın üzvləri 8 Mart Beynəlxalq Qadınlar Günü Münasibəti ilə Azərbaycanın şanlı tarixinə adını qızıl hərflərlə yazmış Milli Qəhrəman xanımlarımızın, Şəhidlərimizin məzarlarını, Türk Şəhidliyini ziyarət etdilər. Döyüş yoldaşları onların igidliklərindən, qəhrəmanlıqlarından söhbət açdılar. Azərbaycan tarxində hər zaman xalqımızın azadlığı uğrunda oğullarımızla çiyin-çiyinə vuruşan igid döyüşkən qadınlarımızın olduğunu qeyd etdilər. Biz hər birimiz belə qəhrəman xanımlarla qürur duymalı, yada salmalı, gənc nəsilə təbliğ etməliyik. Bu bizim vətəndaşlıq borcumuzdur. Eyni zamanda , Azərbaycanın ilk şəhid qadın jurnalisti Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova, Milli Qəhrəman Gültəkin Əsgərova, “Azərbaycan Bayrağı” ordenli Qarabağ müharibəsi şəhidi Qaratel Hacımahmudova, şəhid Məlahət Nəsibova və başqa igid Azərbaycan xanımlarının haqqında məzarları başında geniş söhbət açdılar. Və sonda bütün şəhidlərimizin ruhlarına dualar oxundu. Allah rəhmət eləsin.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

QADIN DÜNYASI- FOTOLAR
QADIN DÜNYASI- FOTOLAR
QADIN DÜNYASI- FOTOLAR
QADIN DÜNYASI- FOTOLAR
QADIN DÜNYASI- FOTOLAR
QADIN DÜNYASI- FOTOLAR
QADIN DÜNYASI- FOTOLAR
QADIN DÜNYASI- FOTOLAR
QADIN DÜNYASI- FOTOLAR