Azərbaycanda canavarlar kəndə hücum etdi

sosial sebeke

Cəlilabad rayonunda canavarlar kənd sakininin mal-qarasını yaralayıb.

İctimaixeber.com xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Hücum edən canavarlar kənd sakininin bir baş iribuynuzlu heyvanını yaralayıb. Yaralı heyvana baytar tərəfindən lazımi yardım göstərilib və ona quduzluq əleyhinə vaksin vurulub.

Kənd sakinləri bildirib ki, canavarların kəndə hücumu mütəmadi olaraq baş verir.

SON XƏBƏRLƏR