Son dövrlərdə bəşəriyyətin bəlasına çevrilən Corona virusu (COVİD-19) mövzusu bütün ölkələrin mediasında, KİV-də gündəmi zəbt edib.
Bəzi işbazlar, yolunu azmışlar virusdan qorunmaq üçün vasitələrin qiymətini süni şəkildə artırırlar. Bu da kütlənin etirazına səbəb olub. Dövlət tərəfindən tapşırıqlar verilsə də respiratorların, spirtlərin və digər qoruyucu vasitələrin qiymətləri süni şəkildə artırılır.Buna etiraz olaraq Azərbaycanda özünəməxsus janrlarda mahnılar ifa edən gənc müğənni TLMan (Kərim Aslanov) CORONA virusuna aid həsr etdiyi mahnı ilə işbazlara öz mesajını göndərib. Bildirmək istəyirik ki, Azərbaycanda dövlət başçısının tapşırığı ilə ölkəmizdə CORONA virusu ilə mübarizə gücləndirilmiş və bütün lazımı tədbirlər görülməkdədir. 
Azərbaycanlı ifaçı TLMan KORONA virusuna mahnı həsr etdi.
sosial sebeke

















