Ali Məhkəmə vətəndaş müraciətlərini onlayn formada qəbul edəcək

sosial sebeke

Ali Məhkəmə vətəndaşların müraciətlərini onlayn qaydada aparacaq.

İctimaixeber.com xəbər verir ki, Ali Məhkəmənin saytına istinadla xəbər verir ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq vətəndaşlardan aşağıdakılar xahiş olunur:
- vətəndaşların Ali Məhkəməyə ünvanladığı yazılı müraciətləri poçt və ya contact@supremecourt.gov.az e-poçt vasitəsilə göndərmələri, habelə www.supremecourt.gov.az saytından onlayn müraciət etmələri;

- vəkillərin kassasiya, əlavə kassasiya şikayətləri və digər prosessual müraciətləri poçt vasitəsilə göndərmələri;

- yazılı müraciətlərin məktublar qutusuna atılması;

Qeyd. Vətəndaşlar müraciətlərinin operativ araşdırılması, yaranan sualların cavablandırılması və qəbulla əlaqədar vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin işçiləri ilə əlaqə saxlaya bilərlər.

Telefon: 4890707 (daxili nömrələr: 18115, 18102, 18112, 18104).

SON XƏBƏRLƏR