Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

sosial sebeke

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlışıni 04 aprel tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.

Bu dəfə "Qanun və İcra" verlışındə dünyanı ağuşuna almış “COVİD-19” virusu ilə mübarizə tədbirləri ilə əlaqədar olaraq, 17 mart 2020-ci il tarixli qanunla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə yeni redaksiyada əlavə edilmiş 211-ci “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması”, 388-ci “Kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etmə”, 388-1-ci “İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması” habelə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə edilmiş 139-1-ci “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması” maddələrinin təhlili aparılacaq, habelə bu mövzuda tamaşaçılarımızın sualları cavablandırılacaqdır.

Tamaşaçılarımızı hüquqi məsələlərdə maarifləndirmək və onların verlişə ünvanladıqları sualları cavablandırmaq üçün verlişimizə qonaqlar dəvət etmişik:


1. Əjdər Cavadov – Vəkillər Kollegiyasının üzvü, vəkil.

2. Gülşən Rüstəmova – Ailə psixoloqu.

3. Şahin Məmmədov – Tanınmış hüquqşünas – ekspert.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

SON XƏBƏRLƏR