Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlışıni 11 aprel tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
Bu dəfə "Qanun və İcra" verlışındə dünyanı ağuşuna almış “COVİD-19” virusu ilə mübarizə tədbirləri ilə əlaqədar olaraq, 17 mart 2020-ci il tarixli qanunla Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə edilmiş 139-1-ci “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması” maddəsinin dispozisiyası və sanksiyasının təhlili aparılacaq, bu maddə üzrə həyata keçirilən dövlət məcburiyyət tədbirlərinin mahiyyəti açıqlanacaq, habelə bu mövzuda tamaşaçılarımızın sualları cavablandırılacaqdır.
Tamaşaçılarımızı hüquqi məsələlərdə maarifləndirmək və onların verlişə ünvanladıqları sualları cavablandırmaq üçün verlişimizə qonaqlar dəvət etmişik:


1. Gülnar İbrahimqızı – Vəkillər Kollegiyasının üzvü, 18 saylı vəkil bürosunun vəkili.

2. Gülnar Quluzadə – Vəkillər Kollegiyasının üzvü, 20 saylı vəkil bürosunun vəkili.

3. Şahin Məmmədov – Tanınmış hüquqşünas – ekspert.


Yeganə Telmanqızı
“İctimaixeber.com”