Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlışıni 18 aprel tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.

Bu dəfə "Qanun və İcra" verlışındə İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqlarının cinayət hüquqi müdafiəsi mexanizmləri barədə fikir mübadiləi aparılacaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 154 “Bərabərlik hüququnu pozma” və 156-cı “Şəxsi həyatın toxunulmazlığını pozma” maddələri, habelə Azərbaycan Respublikası Konstitusiyasının 32-ci “Şəxsi toxunulmazlıq hüququ” maddəsi üzrə həyata keçirilən dövlət məcburiyyət tədbirlərinin mahiyyəti açıqlanacaq, bu mövzuda tamaşaçılarımızın sualları cavablandırılacaqdır.
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları sualları cavablandırmaq üçün verlişimizə qonaqlar dəvət etmişik:


1. Hacı Surxay Məmmədli – İçərişəhər “Cümə” məscidinin axundu, ilahiyyat elmləri doktoru, professor.

2. Yeganə Telmanqızı – İctimaixəbər.com saytının xüsusi muxbiri.

3. Şahin Məmmədov – Tanınmış hüquqşünas – ekspert.


Yeganə Telmanqızı
“İctimaixeber.com”