Bakı sakinlərinə bu tarixdə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ

Aprelin 18-dən hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

İctimaixeber.com xəbər verir ki, bu barədə paytaxtın kommunal xidmətindən xəbərdarlıq edilib.

“Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, - deyə məlumatda qeyd edilib.