Səudiyyə Ərəbistanı bayram namazı evdə qılınacaq

sosial sebeke

Səudiyyə Ərəbistanında koronavirus pandemiyası səbəbindən Ramazan ayında bayram və təravih namazları evlərdə qılınacaq.

İctimaixeber.com xəbər verir ki, bunu ölkənin baş müftisi Əbdüləziz Əl əş-Şeyx deyib.
Baş müfti deyib ki, mövcud vəziyyətlə əlaqədar təravih namazı evlərdə qılınacaq:

“Koronavirusun yayılması uzanır və Ramazan ayının sonuna qədər qabaqlayıcı tədbirlər görmək vacibdir. Ona görəd də bayram namazı da evlərdə qılınacaq”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında ümumilikdə 7 142 nəfər koronavirusa yoluxub, 87 nəfər isə dünyasını dəyişib.

SON XƏBƏRLƏR