Azərbaycan-İran sərhədinin açılacağı tarix məlum oldu

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.

İctimaixeber.com xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.