"Karxana" romanı Nyu-Yorkda işıq üzü gördü

sosial sebeke

Tanınmış yazıçı Hacı Qəni Camalzadənin “Karxana” romanı ABŞ-da ingilis dilində cap edildi.

Hacı Qəni Camalzadə “İctimaixeber.com” informasiya portalına öz müsahibəsində bildirdi:

- Yeganə xanım bu mənim oxucularla yeddinci görüşümdür. Kitaba daxil edilmiş roman 2014-ci ildə “Aərbaycan” jurnalında dərc olunmuşdur. Əsər xeyirlə şərin mübarizəsindən bəhs edilir. Hekayələr isə uğurlu yumor və satira nümunələridir. Etiraf etməliyik ki, ən ədalətli cəmiyyətdə də haqsızlıqlar olur. Olanları islah etmək həm də ədəbiyyatın vəzifəsidir. Bu mənim ABŞ-da çıxan ikinci kitabımdır. “Karxana” romanı həmdə Bakının 100 illik tarixinə bədii ekskursiyadır. Yaxın günlərdə üçüncü romanım da ABŞ-da dərc olunacaqdır. Onu da nəzərinizə çatdırıram ki, Azərbaycan yazıçılarından Cingiz Abdullayevdən sonra ikinci yazıçı mənəm ki, ABŞ-da kitabı cap olunur. İstər Azərbaycanda, istər digər ölkələrdə olanda ictimai fəaliyyətlə və yaradıcılıqla məşğulam. Romanlarım rus və ingilis dilində dərc olunub. Əsərlərim “Azərbaycan”, “Ulduz” jurnallarında və “Ədəbiyyat” qəzetində cap olunur.
Prezident mükafatçısı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Hacı Qəni Camalzadə öz əsərləri ilə Azərbaycan ədəbiyyatını yeni mövzularla rəngarəngləşdirib. Xatırlaqdaq ki, görkəmli, tanınmış yazıçı Qəni Camalzadə “Qızıl xotuq”, “Karxana”, “Kiaksarın axrıncı savaşı” romanlarının, yüzlərlə satirik və yumorlu hekayənin muəllifidir. “Qızıl xotug” Taliş mahalının 100 illik tarixinə, “Kiaksarin axırıncı savaşı” Midiya tarixindən bəhs edən bədii romandı.
Hacı Qəni Camalzadə 12 kitabın müəllifidir (iki kitabı ABŞ-da cap olunub). Qəni müəllim həm də Azərbaycan tele kanallarında yayımlanan verlişlərin ekspertidir.

Hacı Qəni Camalzadə Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq sizi yeni kitabınızın işıq üzü görməsi münasibəti ilə ürəkdən təbrik edirək, sizə yeni yaradıcılıq uğurları arzulayırıq. Sözünüz kəsərli, qələminiz iti olsun.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

"Karxana" romanı Nyu-Yorkda işıq üzü gördü
"Karxana" romanı Nyu-Yorkda işıq üzü gördü

SON XƏBƏRLƏR