Azərbaycanın bu rayonunda heç kimdə KORONAVİRUS YOXDUR

Birinci vitse-prezident Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də, leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Bərdə də qoşulub.

İctimaixeber.com xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rəhbərliyi ilə könüllü qanvermə aksiyası təşkil olunub.
V.İsayev bildirilib ki, Bərdə rayonunda əhali arasında koronavirusla bağlı müayinələr aparılır:

"Rayonda indiyədək 700 nəfər test edilib. Sevindirici haldır ki, heç kimdə virus aşkarlanmayıb. Bu müayinələrin nəticələri mənfi çıxıb”.