Ağdamda ilan sürüsü yaşayış evinə basqın edib.
Hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Belə ki, ilan sürüsü Ağdam rayon Əhmədavar kəndindən məcburi köçkün düşənZahir Zeynalovun evinə basqın edib. Kərpic tikiliyə dolan ilanlar ev sahibinin gecələr bayırda gecələməsinə səbəb olub.
Z. Zeynalov APA-ya açıqlamasında bildirib ki, aidiyyəti qurumlar evdə dərmanlama işləri aparsa da, ilanlar evin dam örtüyünü tərk etmir. Son bir gün ərzində hər birinin uzunluğu 1,24 santimetrolan 3 ədəd ilan öldürülərək evdən çıxarılıb. Ev sahibi hələ də evdə ilan olduğunu deyir.
Ağdamda ilan sürüsü yaşayış evinə basqın edib
sosial sebeke

















