Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

sosial sebeke

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlışıni 02 may tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
Bu dəfə "Qanun və İcra" verlışındə “Ailə, uşaqlar və dövlət, habelə nikah hüququ, nikah yaşı, dini nikahın hüquqi nəticəsinin olmaması”mövzusunda fikir mübadiləsi aparılacq, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci və 34-cü maddələri, Azərbaycan Respublikasının Ailə Məcəllsinin 1.5-ci və 10-cu maddələri, o cümlədən bu maddələrlə bağlı digər maddi və prosessual qanunvericiliyin mahiyyəti açıqlanacaq, bu mövzuda tamaşaçılarımızın sualları cavablandırılacaqdır.
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə qonaqlar dəvət etmişik:


1. Hacı Surxay Məmmədli – İçərişəhər “Cümə” məscidinin axundu, ilahiyyat elmləri doktoru, professor.


2. Ülviyyə Murtuzova – Yeni Nəsil Innovativ və Sosial Dəstək İctimai birliyin sədri və Kitabxana.net kitab portalının idarə heyətinin üzvü.


3. Qələndər Muxtarlı – Tarixçi alim, pedaqoq.


Yeganə Telmanqızı
“İctimaixeber.com”

SON XƏBƏRLƏR