“Qanun və İcra” verlişi hər şənbə günü saat 14:30-da, təkrarı isə hər bazar günü saat 14:30-da “Dünya TV”-nin efirində canlı olaraq yayımlanır.
Bu dəfə "Qanun və İcra" verlışındə “Ailə, uşaqlar və dövlət, habelə nikah hüququ, nikah yaşı, dini nikahın hüquqi nəticəsinin olmaması”mövzusunda fikir mübadiləsi aparıldı, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci və 34-cü maddələri, Azərbaycan Respublikasının Ailə Məcəllsinin 1.5-ci və 10-cu maddələri, o cümlədən bu maddələrlə bağlı digər maddi və prosessual qanunvericiliyin mahiyyəti açıqlanacaq, bu mövzuda tamaşaçılarımızın sualları cavablandırıldı.
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə qonaqlar dəvət etmişdik:
1. Hacı Surxay Məmmədli – İçərişəhər “Cümə” məscidinin axundu, ilahiyyat elmləri doktoru, professor.
2. Ülviyyə Murtuzova – Yeni Nəsil Innovativ və Sosial Dəstək İctimai birliyin sədri və Kitabxana.net kitab portalının idarə heyətinin üzvü.
3. Qələndər Muxtarlı – Tarixçi alim, pedaqoq.
Verlişin informasiya dəstəyi “İctimaixeber.com” və dünyatv.az sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə xüsusi buraxılışın videosunu təqdim edirik.
Yeganə Telmanqızı
“İctimaixeber.com”


























