Akula Anar və onun qardaşı Akula Fuad hər zaman aztəminatlı və əlil ailələrinin yanındadılar.
Kikboksinq və Uşu-Sanda idman növü üzrə 2 qat Avropa, 4 qat Dünya çempionu Akula Anar və onun qardaşı 5 qat Avropa, 4 qat Dünya çempionu, 2010-cı ildə Avropanın ən texnikalı kikboksinqçisi adını qazanan Akula Fuad hər zaman aztəminatlı və əlil ailələrinə maddi, ərzaq dərman, əlil ailələrinə müxtəlif əlil ləvəzimatları ilə köməklik edirlər. Vətənpərvər idmançımız Akula Fuad qazandığı 2010-cı ildə Avropanın ən texnikalı kikboksinqçisi adını vətənimizin dəyərli oğlu Milli Qəhrəman Mübariz İbrahimovun müqəddəs ruhuna həsr etmişdir. Akula Anar və onun qardaşı Akula Fuad bu gün Sumqayıt şəhərində yaşayan I qrup əlil 1961-ci il təvəllüdlü, hər iki ayağı ambutasiya olunan Cəlal Xanbaba Abbasova ehsan olaraq əlil arabası bağışladılar və ailəyə ərzaq yardımı olundu.
Xatırladaq ki, bununla yanaşı qardaşlar Almanyada istehsal olunan 1 cüt protez ayaq, 3 cüt əlilər üçün qoltuqlar xəstə insanlar üçün ehsan ediblər. Yeri gəlmişkən adlarını sadaladığımız əlil ləvəzimatları kimə lazım olarsa sayıtımızla əlaqə saxlasınlar.
Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq sayıtıımızın rəhbəri Zamik Alışova, Akula Anara, Akula Fuada, sayıtımızın əməkdaşı olan Hacı Bəhruz Nəsirova bu xeyirxah, əməlisaleh işlərində uğurlu yol və sağlam həyat arzulayırıq.
Zamiq Alışov
Yeganə Telmanqızı
Bəhruz Nəsirov





















