Liderləri Tanrı seçir...

sosial sebeke

“Doğma, canım–varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”.

Heydər Əliyev,
Ümummilli Lider.

Bəlkə də liderlik arzusunda olanların heç biri bilmir ki, liderləri Tanrı seçir. Onların hakimiyyətə gəlməsi üçün şərait yaradır, yol açır. Necə deyərlər, Allahın izni olmasa bir kəs belə yerindən tərpənə bilməz...

Xalq yaxşı bilirdi ki, Heydər Əliyev Sov.İKP Siyasi Büronun üzvü olarkən azərbaycanlıların yeganə güvənc yeri olmuş, erməni təcavüzünün dəfələrlə qarşısını almışdı...

İllər keçdi. 1990-cı il yanvar günlərində hadisələrdə Heydər Əliyevin Bakıda baş verən hadisələrə Moskvadakı çıxış edərək münasibətini bildirmişdi, o vaxt hamı nicatı Heydər Əliyevdə görürdü...

Bu belə də oldu, dahi rəhbər 1993-cü ildə ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda, Azərbaycan od tutub yanırdı. Bir yandan müharibə, bir yandan anarxiya-özbaşınalıq ölkəni ağuşuna almışdı. Çox keçmədi ki, Heydər Əliyevin müdrik siyasəti və yüksək idarəçilik qabliyyəti nəticəsində Azərbaycanda əminamanlıq bərqərar oldu...

...Bəli, Heydər Əliyev Allahın seçdiyi LİDER idi. Və Azərbaycan xalqı zaman-zaman onun böyüklüyünü dərk edib, əbədi olaraq xatirələrdə yaşadacaqdır...


Yeganə Telmanqızı
“İctimaixeber.com”

SON XƏBƏRLƏR