Ölkədə davam edən karantin rejimi daxilində QHT-lərin imkansız ailələrə yardımları davam edir.
AMEA -nın disertantı, AYB üzvü, ictimai xadim, kitabxana-bibloqrafiya sahəsini tədris edən pedaqoq, Respublika Dövlət Elmi Tibb Kitabxanasının kitabsaxlayıcı şöbəsinin müdürü, “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin sədri İradə Əlili, Pandemiya dövründə öz təşəbbüsü ilə bu aspektdə bir sıra görüşlər keçirmişdir. İradə Əlilinin bu dəfəki görüşləri Sabirabad rayonunda yaşayan imkansız ailələrlə, Qarabağ müharibəsi veteranları və qaziləri şəhid ailələrinin qonağı olmuşdur. Görüş zamanı vətəndaşlarla karantin rejimi çərçivəsində təhlükəsizlik qaydaları haqqında maarifləndirici söhbətlər aparılmış, imkansız ailələrə sovqatlar verilmişdir. Görüşlər 6 gün davam edəcəkdir. Xatırladaq ki, İradə xanım mart ayında Goranboyun Ağcakənd qəsəbəsində və digər kəndlərində, Bakıda yaşayan aztəminatlı ailələrə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanasında məskunlaşan məcburi, köçkün ailələrinə, yaşayan ahıl , kimsəsiz insanlarla, ahıl, tənha yaşayan insanlara dəstək olub.
Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq imkansız, aztəminatlı ailələrə dətək olan İradə Əlilinin xeyirxah addımını alqışlayırıq.
Yeganə Telmanqızı
“İctimaixeber.com”





















