Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir - FOTO

sosial sebeke

Rafiq Xəlil bu günə qədər 1000-dən çox aztəminatlı, əlil, imkansız ailələrə yardım etmişdir.

Ölkədə davam edən karantin rejimi ilə əlaqədar bir sıra iş yerlərinin işləməməsi ilə əlaqədar ailə başçıları evə qazanc gətirə bilmir. Hər zaman əməlisaleh, xeyirxah işləri ilə seçilən və Prezidentə dəstək olaraq Rafiq Xəlil bu günə qədər Sumqayıt şəhəri, Abşeron rayonu, Bakı şəhəri və Bakı ətrafı kəndlərdə yaşayan 1000-dən çox aztəminatlı, əlil, imkansız ailələrə yardım etmişdir. Rafiq Xəlil həmçinin əlil, ahıl, tənha yaşayan insanlara da dəstək olub.
May ayının 11 dən başlayaraq öz təşəbbüsü Şimal bölgələrində yerləşən rayon, qəsəbə və kəndlərdə yaşayan aztəminatlı ailələrini qurban əti, ərzaq yardımı ilə təmin edəcək.
Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq imkansız, aztəminatlı, əlil ailələrə dətək olan Rafiq Xəlilin xeyirxah addımını alqışlayırıq.
.

Müəllifdən: Rafiq müəllimlə birlikdə dəfələrlə Sumqayıt və Bakı şəhərində yaşayan aztəminatlı ailələrin qonağı olaraq ərzaq yarımı ilə dəstək olmuşuq. Ramazanda daha çox xeyirxah işlər görmək bu ayın şəninə hörmət əlamətidir. Etdiyiniz xeyirxah əməlləri Allah qəbul eləsin! Siz Azərbaycanın mərd insanlarındansız.

Yeganə Telmanqızı
“İctimaixeber.com”


Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir - FOTO
Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir - FOTO
Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir - FOTO

SON XƏBƏRLƏR