Xeyirxah əməllər sahibi - FOTO\VİDEO

sosial sebeke

Mərhəmətli insan hər kəsin xeyrini istəyər və insanlara kömək etməkdən zövq alar.

Bütün bəşəriyyət üçün təhlükəyə çevrilən COVID-19 virusunun qarşısısnın alınması məqsədi ilə bir sıra müəssələrdə işlər dayandırıldığından bir sıra ailə başçıları bu gün ailələrinə qazanc gətirə bilmir. Prezidentə dəstək olaraq, sıx birləşib hər zaman olduğu kimi xalqımızın xeyirxah, mərhəmətli insanları "Gömrükçü"və "Cənub" idman klubunun Boks və Kikboksinq üzrə baş məşqçisi, Azərbaycan Respublikasının Əməkdar Məşqçi Samir Həsənov və adlarının çəkilməyəni istəmiyən bir sıra xalqımızın xeyirxah, vətənpərvər oğlamları bu günə qədər 300-dən çox əlil, imkansız, aztəminatlı ailələrə eləcədə ailə başçıları xəstə olan ailələrə dətək olaraq onlara maddi, ərzaq, dərman yarımı etdilər.
Samir Həsənov və onun komandası Sumqayıt şəhəri, Bakı və Bakı ətrafı kəndlərdə: Abşeron rayonunun Qobu kəndi, Masazır qəsəbəsi, Fatmayı kəndi, Mehdiabad qəsəbəsi, Binəqədi rayonun Binəqədi kəndi, Biləcəri qəsəbəsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsində aztəminatlı ailələrin qonağı oldular.
Xatırladaq ki, komandanın növbəti səfəri cənub bölgəsinə Yardımlı və Masallı rayonlarınıadır.

Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq
idmançı dostumuz Samir Həsənovun xeyirxah əməlini və nəcib təşəbbüsünü alqışlayırıq. Xeyirxah olmaq üçün insan ilk növbədə mənən zəngin, böyük ürək sahibi olmadır.


Yeganə Telmanqızı
“İctimaixeber.com”


Xeyirxah əməllər sahibi - FOTOVİDEO
Xeyirxah əməllər sahibi - FOTOVİDEO
Xeyirxah əməllər sahibi - FOTOVİDEO
Xeyirxah əməllər sahibi - FOTOVİDEO
Xeyirxah əməllər sahibi - FOTOVİDEO


SON XƏBƏRLƏR