41 yaşlı kişi Samur-Abşeron kanalında boğulub

sosial sebeke

Abşeronda qoyun otaran 41 yaşlı kişi su kanalında boğulub.


İctimaixeber.com xəbər verir ki, bədbəxt hadisə Abşeronun Ceyranbatan qəsəbəsində baş verib.

Ərazidə heyvan otaran Fariz Təhməzov ehtiyatsızlıqdan Samur-Abşeron su kanalına yıxılıb və boğulub.

Fariz Təhməzovun meyiti kanal vasitəsilə Ceyranbatan su anbarına keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub və meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mərhum Fariz Təhməzov Laçın rayonunun Minkənd kəndindən məcburi köçkündür. Onun atası isə 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!

SON XƏBƏRLƏR